Bahəddin Həzi
Siyasətçi olduğunu düşünən bir nəfər var. Deyəsən, elə düşündüyü bir tək budur. Çünki düşünmədən danışıb. Deyib ki, Ramil Səfərovun qəhrəmanlaşdırılması milli maraqlarımıza uyğun deyildi. Bunu deyən adama xatırladıram ki, həbs olunanda elə onun özünü də "qəhrəman"laşdıranlar var idi. Halbuki heç bir vaxt heç bir erməniyə "gözün üstə qaşın var" deməyib. Azərbaycanlı zabit Ramil Səfərovun Ermənistandan olan hərbçi Qurgen Markaryanı öldürməsinə gəlincə, bu hadisəyə zamanında hüquqi, siyasi, mənəvi baxımdan hər cür şərh və qiymət verilib. O, Macarıstanda cəza çəkib. Sonra Azərbaycan dövləti onun ekstradisiyasına nail olub, Ölkə rəhbəri isə onu əfv edib. Macarıstan məhkəməsinin də Ramil Səfərovu məhkum etmək üçün əsası olub (ortada qətl hadisəsi vardı), Ramil Səfərovu geri istəmiş və almış Azərbaycan dövlətinin də dövlətlərarası müqavilə ilə belə bir hüququ olub, o, ölkəyə gətiriləndən sonra Prezidentin də Ramil Səfərovu əfv etmək səlahiyyəti olub. Heç bir prosedur pozuntusu yoxdur. Amma indi Avropa Məhkəməsi bunun əleyhinə bir qərar verib, Azərbaycanın "müxalif" "siyasətçi"si də Qurgen Markaryanın ailəsinin yanında duraraq Avropa Məhkəməsinin qərarına dolayı dəstək verib. İndi aydın olurmu kim, kimi, niyə və necə qəhrəmanlaşdırıb?!
Ramil Səfərov təkrar həbs olunmalıdır?! O, hər bir halda törətdiyi əmələ görə cəza çəkib. Bir adam isə eyni əmələ görə iki dəfə cəzalandırıla bilməz. Onun "qəhrəmanlaşdırılması milli maraqlara uyğun deyil" fikrinə və bu fikrin müəllifinə gəlincə, dövlət Ramil Səfərova həmin əməlinə görə "Milli Qəhrəman" adı verməyib (yəni adamın rəsmi qəhrəman titulu yoxdur), xalqın onu "qəhrəmanlaşdırması" tezisinə gəlincə, necə olur ki, sən İsmayıllıya mitinqə gedib maşından düşən kimi heç bir şüar qışqırmağa macal tapmamış həbs olunduğun zaman müəyyən insanlar səni "qəhrəman"laşdıranda bu, milli maraqlara uyğun gəlir, ancaq bir Azərbaycan zabiti öz xalqını, dövlətini, bayrağını təhqir edən düşmən hərbçini cəzalandıranda onun "qəhrəmanlaşdırılması" milli maraqlara zərbə olur?!
Əslində bu "müxalif" "lider"in açıqlamasının milli maraqlara uyğunluğuna qiymət vermək lazımdır və o söhbətləri yığışdırmaq lazımdır: "yatdığı yerdə vurub", "əvvəlcədən planlaşdırıb", nə bilim, nələr. Hər necə olub, bu, baş verib və ona da məhkəmə hüquqi qiymət verib, sonra adam ekstradisiya olunub və əfv edilib. İndi nə deyirsiniz: Ramil Səfərov təkrar həbs olunmalıdır?! O, hər bir halda törətdiyi əmələ görə cəza çəkib. Bir adam isə eyni əmələ görə iki dəfə cəzalandırıla bilməz. Onun "qəhrəmanlaşdırılması milli maraqlara uyğun deyil" fikrinə və bu fikrin müəllifinə gəlincə, dövlət Ramil Səfərova həmin əməlinə görə "Milli Qəhrəman" adı verməyib (yəni adamın rəsmi qəhrəman titulu yoxdur), xalqın onu "qəhrəmanlaşdırması" tezisinə gəlincə, necə olur ki, sən İsmayıllıya mitinqə gedib maşından düşən kimi heç bir şüar qışqırmağa macal tapmamış həbs olunduğun zaman müəyyən insanlar səni "qəhrəman"laşdıranda bu, milli maraqlara uyğun gəlir, ancaq bir Azərbaycan zabiti öz xalqını, dövlətini, bayrağını təhqir edən düşmən hərbçini cəzalandıranda onun "qəhrəmanlaşdırılması" milli maraqlara zərbə olur?!
Əslində NATO-nun o təlimlərini təşkil edən strukturlar da günahkardır; ərazisi işğal olunmuş, on minlərlə vətəndaşı öldürülmüş, minlərlə vətəndaşı əsir-girov götürülmüş, 20-ci əsrin sonundan bu günədək hər cür ağlasığmaz işgəncələrə məruz qalmış Azərbaycan dövlətinin zabiti ilə bütün bu cinayətləri törətmiş Ermənistan dövlətinin zabitini eyni yerdə eyni təlimdə yan-yana gətirmək nə dərəcədə doğru düşüncənin məhsuludur?!
Yaxşı, nə vaxtsa hörmətli siyasətçi, ürəyiniz yerinə gəlsin deyə, lap Ramil Səfərovu yenidən Macarıstan türməsinə qaytaraq, ya da Sizə təhvil verək aparıb Ermənistana təslim edin. Sizi bu məsələ belə narahat edirsə, hakimiyyətə gəlsəniz, Ramili özünüz Ermənistana ekstradisiya edin. Nə olar, orda dörd min əsirimiz var, bu da Sizin xətrinizə olar dörd min bir. Bəs Ermənistanın bizə qarşı törətdiyi cinayətlərə Avropa Məhkəməsinin, Avropa dövlətlərinin və təşkilatlarının göz yumması Sizi nə zaman narahat edəcək?! Yaxşı, Ramil Səfərov qəhrəman deyil. Bunu bildik. Sizin və Avropadakı donorlarınızın fikrincə, qəhrəman kimdir?! Köçəryan, Sarkisyan, Ohanyan? Kim?! Kim?!
Başa düşürük, pulu verən özü musiqini də sifariş edir. Ancaq o xarici donorların hər çaldığı havaya - sümüyünüzə düşdü-düşmədi - oynamaq zorundamısınız?! Bəs bunu milli maraqların hansı tərəfinə yazaq?! Hə, "zorundayam" deyirsinizsə, daha o başqa məsələ... Çox keçmiş olsun!