2100-cü ildə Azərbaycan əhalisi 9,9 milyon nəfər olacaq. Modern.az xəbər verir ki, BMT Katibliyinin İqtisadi və Sosial məsələlər Departamentinin dünyanın demoqrafik vəziyyəti barədə yeni hesabatında belə deyilir. Xüsusən postosvet respublikalarına ayrıca diqqət yetirən hesabatda 1991-2018-ci illər ərzində keçmiş sovet respublikalarının əhalisinin toplam 10 milyon nəfər artdığını müəyyən edib. Rusiya, Ukrayna, Latviya, Litva, Estoniya, Belarus, Moldova, Gürcüastan və Ermənistanda əhali azalsa da, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikiastanın hesabına bu tendensiya kompensasiya edilib. BMT 1991-ci ildə Azərbaycan əhalisinin sayının 7,4 milyon, 2019-cu ildə 10,1 milyon nəfər olduğunu və 2050-ci ildə 11,1 milyon nəfərə çatacağını proqnozlaşdırır. 2100-cü ildə isə bu say 9,9 milyon nəfər olacaq. Rəsmi məlumatlara əsasən, hazırda 2,9 milyon sakini olan Ermənistanda 2050-ci ildə bu göstərici 2,8 milyon, 2100-cü ildə isə 2 milyona qədər azalacağı gözlənilir. Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda isə əhali 3,7 milyon səviyyəsindən 2015-ci ildə 3,5 milyon, 2100-cü ildə isə 2,5 milyon nəfərə düşəcək.
© 2020 - Created by İLK XEBER.