“Ümumi rəy ondan ibarətdir ki, yaranmış situasiya rejimi sərtləşdirmək üçün imkan vermir”. “Minval.info” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib: “Bu, bəzi ölkələrdə müşahidə olunsa da, Operativ Qərargah sərtləşdirilməyə qayıtmağa ehtiyac görmür. Karantin rejimin daha da yumşaldılması və tamamilə ləğvi məqsədəuyğun hesab olunmur. Ona görə də vəziyyətin olduğu kimi qalmasına qərar verilib. Bu barədə yekun qərar yaxın günlərdə elan olunacaq”.
© 2020 - Created by İLK XEBER.