Buluddan as məni Sənlə gedib həvəsim Qayıt,mənə həvəs ver. Ruhdan düşüb əllərim Əllərimə nəfəs ver. Bu ah-zar keçmir məndən Sıxıb bərk-bərk əlimi. Tellərim qəm qoxuyur Külək dara telimi. İlahi! Bu nə haldır? Al, buluddan as məni. Ya sənə yaxın olum, Ya torpağa bas məni. Gəl, çarəm Gəl duz basma sən yarama, Bağçamda al güllər solub. Bəsdi sən allah ağlama, Nə olubsa mənə olub. Bəxti yavər gəzən idim Gəl gör indi məni tanı. Bir zamanlar sənin idim O sənli günlərim hanı? Toxun biraz əllərimə, Əlin gəzdir yanağımda. Bir öpüş qoy tellərimə, Barı gülsün dodağım da. Qoyma belə yarı yolda Yetim qala xəyallarım. Dərd vermisən özün boyda Bəs çarəni kimdən alım? Nə tez məni yola verdin? Səni sevirəm deyə-deyə. Mən ömrümü bada verdim Bəxtim uçdu quştək göyə. Gəl, çarəm Gəl duz basma sən yarama, Bağçamda al güllər solub. Bəsdi sən allah ağlama, Nə olubsa mənə olub. Bəxti yavər gəzən idim Gəl gör indi məni tanı. Bir zamanlar sənin idim O sənli günlərim hanı? Toxun biraz əllərimə, Əlin gəzdir yanağımda. Bir öpüş qoy tellərimə, Barı gülsün dodağım da. Qoyma belə yarı yolda Yetim qala xəyallarım. Dərd vermisən özün boyda Bəs çarəni kimdən alım? Nə tez məni yola verdin? Səni sevirəm deyə-deyə. Mən ömrümü bada verdim Bəxtim uçdu quştək göyə.
© 2020 - Created by İLK XEBER.