Çeçenistan Prezidenti Ramzan Kadırovun vəziyyəti ağırdır. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuat məlumat yayıb. Qeyd edək ki, ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırovun Moskvada xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb. "Baza" nəşrinin məlumatına əsasən, çeçen liderin ağciyərləri ciddi zədələndiyinə görə vəziyyəti ağırlaşıb. *** Çeçenistan lideri Ramzan Kadırovun koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu sözləri Çeçenistanın Operativ Qərargahının rəhbəri Maqomed Daudov deyib. “Müxtəlif şayiələr gəzir, istədiklərini yazırlar. Mən bəyan edirəm ki, respublika rəhbəri sağlamdır. Yazılanlar və deyilənlər doğru deyil”, - deyə Daudov bildirib.
© 2020 - Created by İLK XEBER.