İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
İlkxeber.org bildirir ki, səfir müqəddəs Ramazan bayramı münasibətilə dost və qardaş Azərbaycan xalqını və dövlətini təbrik etməkdən fəxr duyduğunu bildirib.
"Ramazan bayramı dünya müsəlmanları arasında vəhdətin, həmrəyliyin təcəllisi və ictimai bağların möhkəmlənməsidir.
Bu böyük bayram günündə İran xalqı Azərbaycanın müsəlman xalqı ilə həmrəy olduğunu elan edir və təkidlə vurğulayır ki, daim dost və qardaş Azərbaycan xalqının yanında olub, bundan sonra da olacaq və əbədi olan bu dostluğa və qardaşlığa görə fəxr edir. Allahdan Azərbaycan dövləti və xalqı üçün izzət və başucalıq, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır və ümid edirik yaxın gələcəkdə Azərbaycan xalqının şad gününü - Qarabağın və Qüdsün azad olunması bayramlarını birlikdə qeyd edəcəyik", - deyə diplomat vurğulayıb.