Türkiyədə 300 azərbaycanlı tələbəyə yardım göstərildi

Türkiyənin Sakarya vilayətində COVID-19 pandemiyası ilə müvəqqəti çətinliklə üzləşmiş 300-dən çox azərbaycanlı tələbəyə maddi və ərzaq dəstəyi göstərilib. "Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Sakarya Azərbaycan-Türkiyə Qardaşlıq Topluluğunun rəhbəri Vüqar Nəsirov bildirib ki, müqəddəs Ramazan ayında həyata keçirilən humanitar aksiyalar zamanı 200 tələbəyə ərzaq yardımı edilib, 100 tələbəyə (50-si birbaşa maddi yardım alıb, 50-si alış-veriş kartı ilə təmin olunub) maddi kömək göstərilib: "Xeyriyyə aksiyası pandemiya öncəsi başqa şəhərlərdən səyahət və şəxsi işlər məqsədilə Sakaryaya gələn və karantin müddətində yaşadıqları yerlərə qayıda bilməyən tələbələri və onların ailə üzvlərini də əhatə edib".