Xalq artisti Zeynəb Xanlarovanın ölməsi ilə bağlı məlumatların artıq yalan olduğunu hamı bilir. Bunu Kult.az-a açıqlamasında Zeynəb Xanlarovanın qohumu, əməkdar artist Mehriban Xanlarova deyib. O bildirib ki, Z.Xanlarova Bakıda ailəsinin yanındadır: “Bu məlumatı xaricdə yaşayan bloger Orxan Ağayev adlı şəxs yayıb. Kişi olan kəs belə bir şayiə yaymaz. Zeynəb xanımla danışmışıq, evində - ailəsinin yanındadır və səhhəti qaydasındadır. Allah ona uzun ömür versin, düşmənlərinin də gözü çıxsın! Allah o məlumatı yayan insanın cəzasını versin!” Qeyd edək ki, ötən gecə xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı yalan məlumat yayılıb və bu, ciddi narazılığa səbəb olub.
© 2020 - Created by İLK XEBER.