Misir polisi sifətlərini "Liverpul" futbol komandasının hücumçusu Məhəmməd Salahın təsviri olan maska altında gizlədən soyğunçu dəstəni yaxalayıb. Bu barədə "Report" "Goal.com"a istinadən xəbər verir. Bildirilir ki, dörd silahlı şəxs Qahirədə mağazalardan birini qarət etməyə cəhd göstərib, amma polis onların qarşısını kəsib və bütün cinayətkarları yaxalayıb. Qeyd edək ki, Salah "Liverpul"un heyətində 2017-ci ildən çıxış edir. O, həmçinin futbol üzrə Misir milli komandasının kapitanı sayılır. Hücumçu iki dəfə "Afrikanın ən yaxşı futbolçu" mükafatına layıq görülüb.
© 2020 - Created by İLK XEBER.