Ötən il büdcə gəlirinin 46,9 faizini neft pulları təşkil edib – HESABAT

2019-cu ildə dövlət büdcəsinin gəlirlərinin 11364,3 milyon manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.
Bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib. Digər gəlirlər isə bu mənbələr hesabına olub: Dövlət büdcəsinin gəlirlərinin 7672,3 milyon manatı və 31,7 faizi Azərbaycan Respublikası İqtisadiyyat  Nazirliyi  yanında  Dövlət  Vergi Xidmətinin,  4408,6 milyon  manatı  və ya  18,2 faizi Azərbaycan espublikası  Dövlət  Gömrük  Komitəsinin  xətti  ilə daxilolmaların, 772,9  milyon  manatı və ya  3,2  faizi  digər  gəlirlərin  (578,9  milyon  manatı  büdcə təşkilatlarının  ödənişli  xidmətlərindən,  182,6  milyon  manatı  sair  daxilolmalardan,  11,4  milyon manatı  dövlət əmlakının,  özəlləşdirilən  dövlət  müəssisə və obyektlərinin  altındakı  torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür.