Əgər bu dillərdə heç kim danışmırsa, bu, o demək deyil ki, onlar unudulmalıdır. Bəlkə də, bu yazını oxuyandan sonra kimsə bu dillərin biri ilə yaxından tanış olmaq istəyəcək. Bu dillərdə istənilən poliqlotu özünə cəlb edəcək sirli və əsrarəngiz nəsə var. 10. Akkad dili Yaranması: eramızdan 2800 il əvvəl. Ölməsi: eramızın 500-cü ili. Ümumi məlumat: Qədim Mesopotamiyanın linqva-frankası (linqva-franka (italyanca lingua franca «frank dili») — başqa dillərdə danışan insanlar üçün ortaq üünsiyyət vasitəsi olan yad dil) olub. Akkad dilində də şumer dilindəki kimi mixi yazıdan istifadə edilib. Gilqamış haqda epopeya, Enum haqda mif bu dildə yazılıb. Qrammatikası klassik ərəb dilinin qrammatikasını xatırladır. Öyrənməyin faydası: bu qəribə işarələri asanlıqla oxuyub zövq almaq olar. Öyrənməyin mənfi tərəfi: həmsöhbət tapmaq müşküldür. 9. Bibliya ivriti Yaranması: eramızdan 900 il əvvəl. Ölməsi: eramızdan 70 il əvvəl. Ümumi məlumat: Əhdi-Ətiq bu dildə yazılıb. Öyrənməyin faydası: bu dil müasir danışıq ivritinə çox yaxındır. Öyrənməyin mənfi tərəfi: həmsöhbət tapmaq müşküldür. 8. Qıptı (kopt) dili Yaranması: eramızın 100-cü ili. Ölməsi: eramızın 1600-cü ili. Ümumi məlumat: xristianlığın bütün ilkin ədəbiyyatı bu dildə yazılıb. Öyrənməyin faydası: yunan əlifbası ilə yazılan Misir dilinin əsasıdır. Öyrənməyin mənfi tərəfi: ərəb dili tərəfindən sıxışdırıldığı üçün bu dildə kimsə danışmır. 7. Arami dili Yaranması: eramızdan 700 il əvvəl. Ölməsi: eramızın 600-cü ili. Ümumi məlumat: xristianlığın bütün ilkin ədəbiyyatı bu dildə yazılıb. Öyrənməyin faydası: Bibliya ivritindən az fərqlənir, öyrənib İsa peyğəmbərin dilində danışa bilərsiniz. Öyrənməyin mənfi tərəfi: bir neçə arami icması istisna, bu dildə kimsə danışmır. 6. Orta ingilis dili Yaranması: eramızın 1200-cü ili. Ölməsi: eramızın 1470-ci ili. Ümumi məlumat: xristianlığın bütün ilkin ədəbiyyatı bu dildə yazılıb. Öyrənməyin faydası: ingilisi poeziyasının atası Cefri Çoseri, Uiklifin tərcümə etdiyi Bibliyanı, “Robin Qudun igidliyi” balladasını oxuya bilərsiniz Öyrənməyin mənfi tərəfi: həmsöhbət tapmaq müşküldür. 5. Sanskrit Yaranması: eramızdan 1500 il əvvəl. Ümumi məlumat: indi də liturgiya dili kimi istifadə edilir. Vedalar bu dildə yazılıb. Üç min ilə yaxın müddətdə Hindistan yarımadasının linqva-frankası olub. Əlifbası 49 hərfdən ibarətdir. Öyrənməyin faydası: hinduizm, buddizm və caynizmin dini mətnlərinin əsasında durur. Öyrənməyin mənfi tərəfi: yalnız ruhanilər və bəzi kəndlərin sakinləri ilə danışmaq olar. 4. Qədim Misir dili Yaranması: eramızdan 3400 il əvvəl. Ölməsi: eramızın 600-cü ili Ümumi məlumat: Məşhur “Ölülər kitabı”, Misir hökmdarlarının qəbir daşları bu dildə yazılıb. Öyrənməyin faydası: heroqlifləri sevənlər üçün maraqlıdır. Öyrənməyin mənfi tərəfi: bu dildə kimsə danışmır. 3. Qədim skandinav dili Yaranması: eramızın 700-cü ili. Ölməsi: eramızın 1300-cü ili. Ümumi məlumat: German-skandinav mifologiyasının əsas əsəri olan “Edda”, bir sıra skandinav əsatirləri bu dildə yazılıb. Bu, vikinqlərin dilidir. Sknadinaviya, Farer adaları, İslandiya, Qrenlandiyada, Rusiya, Fransa və Britaniya adalarının bəzi yerlərində bu dildə danışılıb. Müasir island dilinin sələfi hesab edilir. Öyrənməyin yaxşı tərəfi: özünüzü vikinq kimi hiss edə bilərsiniz. Öyrənməyin mənfi tərəfi: bu dildə kimsə danışmır. 2. Latın dili Yaranması: eramızdan əvvəl 800-cü il. Eramızdan əvvəl 75-ci il və eramızın III əsri klassik latın dilinin "qızıl" və "gümüş" dövrü hesab olunur. Ümumi məlumat: Məşhur “Ölülər kitabı”, Misir hökmdarlarının qəbir daşları bu dildə yazılıb. Öyrənməyin faydası: German-skandinav mifologiyasının əsas əsəri olan “Edda”, bir sıra skandinav əsatirləri bu dildə yazılıb. Bu, vikinqlərin dilidir. Sknadinaviya, Farer adaları, İslandiya, Qrenlandiyada, Rusiya, Fransa və Britaniya adalarının bəzi yerlərində bu dildə danışılıb. Müasir island dilinin sələfi hesab edilir. Öyrənməyin müsbət tərəfi: Siseron, Yuli Sezar, Katon, Katull, Vergili, Ovidi, Mark Avreli, Seneka, Avqustin və Foma Akvinskini orijinalda oxuya bilərsiniz. Öyrənməyin mənfi tərəfi: təəssüf ki, onunla sosial şəbəkələrdə və ya real həyatda danışa bilməzsən. Amma Latın dilini sevənlərin cəmiyyətlərində və Vatikanda bu ildə danışmaq olar. 1. Qədim yunan dili Yaranması: eramızdan əvvəl 800-cü il. Ölməsi: eramızın 3-cü əsri Ümumi məlumat: qədim yunan dilini bilməklə Sokratın, Platonun, Aristotelin, Homerin, Herodotun, Evripidin, Aristofanın və digərlərinin əsərlərini asanlıqla oxuya bilərsiniz. Öyrənməyin faydası: söz ehtiyatınızı artıra bilərsiniz. Öyrənməyin mənfi tərəfi: bu dildə danışan yoxdur. Buzzfeed və WomanAdvice-ın materialları əsasında hazırlanıb. ilkxeber.org
© 2020 - Created by İLK XEBER.