2019-cu ildə dövlət büdcəsinin gəlirlərinin 11364,3 milyon manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.
Bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.
Digər gəlirlər isə bu mənbələr hesabına olub: Dövlət büdcəsinin gəlirlərinin 7672,3 milyon manatı və 31,7 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4408,6 milyon manatı və ya 18,2 faizi Azərbaycan espublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 milyon manatı sair daxilolmalardan, 11,4 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür.