"Darıxmaq" Dərin bir darıxma... Ürəyim, beynim, düşüncəm vurnuxma içində. Budur mənim işgəncəm. Qarşısına daş düzülən çay kimiyəm. Bir də - adamlardan gördüyüm xəyanət.. Əllərim ətəklərdən üzülən gündən Batırılan haray kimi, hay kimiyəm. Hörgü Yelkən açdığım dənizlərin suyu çəkildi.., quruda qaldım. Baş götürüb getdiyim yollar da qırıldı.., yarıda qaldım. İndi xatirələrlə üzbəüz və təkbətək - dayanıb hesab verirəm. Baxıram göz işlədikcə uzanan uzaqlara. Arada əlçatmaz, ünyetməz illər Və sınıq ümidlər görürəm. Bir də daşa dəyən arzular- dolanıb qayıdır geri. Arzuları atıram kənara, dəydiyi daşları məzarıma hörürəm. Qumsallıq Nəyə lazımdır nağıllar? Necə həvəslə dinləyirik bunca yalanı. Fikirlərim qarışır... Belə həyat yolu olmur - Bu yolun nə küçəsi var, nə döngəsi, nə dalanı. Elə bil dünya üstümə daşır... Yamanca düşmüşəm bu taleyin əlinə. Yaxını, uzağı bilinməz, səhralığa bənzər. Ömrümdə dərdlər yarışır- Qum dənəsi qədər saysız...
© 2020 - Created by İLK XEBER.