Mədəniyyət bəşər həyatının bünövrəsidir. O, insanda onu bütün digər canlılar və bütövlükdə təbiətdən keyfiyyətcə fərqləndirən bütün hər şeyi təcəssüm etdirərək onunla birlikdə yaranır və inkişaf edir. “Mədəniyyət” sözü qədim Romada yaranıb və o, burada, hər şeydən əvvəl əkinçilik və tarla işlərini yaxşılaşdırmaq üçün görülən tədbirlər, yəni “torpağın becərilməsi” mənasında işədilirdi. Sonradan bu ilkin məna öz yerini başqasına, insanın şəxsi məziyyətləri və kamilliyi ilə bağlı olan mənaya verdi. O, əsasən, insanın maariflənmiş, təhsilli və tərbiyəli olduğunu ifadə edir. Və təsadüfi deyildir ki, bu gün mədəniyyətin 500-dən çox tərifi var. Sözün ən geniş mənasında mədəniyyət çox vaxt insanın yaratdığı bütün hər şeyin, bəşəriyyətin bütün nailiyyətlərinin məcmusu kimi başa düşülür. Tarixən mədəniyyəti yaddaş kimi, yaradıcılıq kimi, hər bir fəaliyyətin mənəvi ölçüsü kimi, xalqın həyat tərzi kimi başa düşürlər. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev isə Azərbaycan mədəniyyətini korrupsiya, səhv kadr siyasət, biliksizliyi ilə illərdir ki, “şumlayır”. Nazirliyin tabeçiliyində olan qurumlara diqqət edin: Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, 28 teatr, 6308 tarix və mədəniyyət abidəsi, 1 sirk, 12 konsert müəssisəsi, 3985 kitabxana, 2708 klub, 189 dövlət muzeyi (filiallarla birlikdə), 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi, 33 rəsm qalereyası və sərgi salonu, 21 dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1 zoopark, 4 asudə vaxt mərkəzi, 6 təsərrüfat təşkilatı, “Azərbaycanfilm” də daxil olmaqla 7 film istehsalı studiya, 134 şəhər və rayon kinoteatrı, 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi və s. Kənardan isə bu nazirlik eləcə “Mədəniyyət” nazirliyi kimi görsənir. Sadaladığım bu qurumlardakı acınacaqlı və bərbad vəziyyətdən orta məktəb şagirdləri də xəbərdardır. Əbülfəs müəllimlə birgə Mədəniyyət haqqında bilgilərimizi bir az da genişləndirək. Mədəniyyət, insanın özünün yaratdığından və vəhşi təbiətdən fərqli olaraq sözün əsl mənasında, insanın öz dünyasını təşkil edən “ikinci təbiət” kimi təsəvvür edilir. Bu halda mədəniyyəti, adətən maddi və mənəvi mədəniyyətə bölürlər. Bu cür bölgü torpağın becərilməsi mənasını bildirən mədəniyyətdən başqa, “ruhun becərilməsini” bildirən mədəniyyətin də olduğunu ilk dəfə qeyd etmiş Qədim Roma oratoru və filosofu Siserondan başlayır. Kitab mağazalarının, mədəniyyət evlərinin, kitabxanaların, film studiyalarının şumlanması mənəvi mədəniyyətimizə vurulan böyük zərbədir. “İkinci təbiət”imizin yerlə-yeksan olunmasıdır. Bəs sivilizasiya nədir? “Mədəniyyət” və “sivilizasiya” məfhumları bir-biri ilə sıx bağlıdır, çox vaxt bir-birindən fərqləndirilmir və eyniyyət təşkil edirlər. Lakin “sivilizasiya nazirliyi” deyilən nazirlik yoxdur. “Sivil nazir” anlayışı isə “mədəni nazir” anlayışından daha dolğun görsənir. “Sivilizasiya” məfhumunun ən davamlı istifadə olunduğu və geniş yayıldığı ölkələrdə o iki mənada işlədilir. Birinci məna: zəka, idrak, ədalət və dini dözümlülük kimi əsaslar üzərində qurulmuş yüksək inkişaf etmiş cəmiyyət. İkinci məna “Mədəniyyət” anlayışı ilə bağlıdır və insanın müəyyən keyfiyyətlərinin – qeyri-adi ağıl, təhsillilik, elmlilik, gözəl ədalar, nəzakət və s. məcmusunu ehtiva edir. Hər bir xalqın mədəniyyətində oxşar əlamət və cizgilər vardır: milli özünəməxsusluq və orijinallıq, təkrarolunmazlıq, unikallıq, dəyişkənlik və yenilik, özündənrazılıq, tənqidi və yaradıcılıq başlanğıcları, özlüyündə dəyərlilik, yüksək ideallara can atmaq və s. Bunlar bizim mədəniyyətimiz üçün də spesifikdir. Bunları gələcəkdə qoruyub saxlamaq və nəfəs vermək üçün Mədəniyyət Nazirliyində geniş islahatlara eytiyac var. Beləliklə, sivil nazir obrazı dağıldı. Tanıdığımız bir neçə qurumda yüksək təhsil görmüş, adları heç bir neqativ işlərdə hallanmayan gənclər irəli çəkilib. Onun rəhbərlik etdiyi nazirlikdə isə həbs olunanlar gənclərdir. Adamın mədəniyyəti olar!… AzPolitika.info
© 2020 - Created by İLK XEBER.