“Səbrimi basammıram, Vətən...”

Səbrimi basammıram, Vətən... Bilmirəm, nədi səni mənə bu qədər bağlayan. London şəһəri qısqanır məni sənin eşqinə Söyləyən şair Qulamrza Səbri Təbrizi mayın  8-də dünyasını  dəyişdi. Onu ilk dəfə 1998-ci  ildə Füzulinin Bakıda  keçirilən Beynəlxalq yubileyində görmüşdüm  Bizi yaxşı tanıdığım təbrizli şair, ictimai xadim Həmid  Nitqi yaxından tanış  etmişdi. Mənə bir neçə kitabını bağışlamışdı. Kitablarını da oxuyub bəyənmişdim. Yaradıcılığı və həyatındakı məqamlar haqda “Ədəbiyyat və  incəsənət” və “Xalq qəzeti"ndə yazılarım da çap olunmuşdu. Sonralar ailəvi dost olduq. Həyat yoldaşım vəkil kimi onun Bakıya daşınması ilə bağlı məsələlərdə yardımçısı olmuşdu. Onun xanımı  ingilis  idi, Hindistana səfərdən qayıdan zaman bizim qonağımız olmuşdu. Qulamrza Səbri övladlarına Azərbaycan  adları qoymuşdu. Sonralar çox az hallarda əlaqə  saxlayırdıq. Qulamrza bəy Azərbaycanda məskunlaşandan  sonra onun əhatəsi  genişlənmişdi.Aktiv ədəbi-siyasi  fəaliyyətlə məşgul idi.Eşidib bildiklərim bu  idi  ki,  Güney  Azərbaycanla  bağlı “Ana  dili  fondu” adlı mərkəz yaratmışdı. Tək  elə  bunu demək  yetər  ki,(Vikipediyada  prof. T.  Əhmədovun “Azərbaycan yazıçıları” kitabına  istinadən onun haqda  geniş  bilgi  verilir) London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Eləcə  də  Edinburq Universitetinin doktorluq dissertasiyası müdafiə etdikdən  sonra Universitetinin Şərqşünaslıq İnstitutunda, eləcə də dünyanın bir sıra ali məktəblərində (Azərbaycan  və  İran da daxil  olmaqla) məruzələrlə çıxış etmişdir. Həmkarı  M.Mahmudla türk və fars dillərində İngiltərədə "Odlar ölkəsi" adlı aylıq qəzet nəşr etdirmişdi. Cox maraqlı fəlsəfi poetikası vardi. Və ətrafinda olanların bir çox tələblərini ödəməyə qədər gedən bir ziyalı idi. Mən onunla uzun illər yalnız telefon əlaqəsi saxlayırdım. Cox maraqlıdır ki, Azərbaycanı bütün qəlbi ilə sevən çoxlarına dəstək göstərən bu insan həyatının son illərində unuduldu. Cox faciəli həyatı oldu, belə ki, sağlığında  iki gənc övladını itirmişdi. Onu azacıq da olsa şair kimi tanıtdırmaq missiyasını  boynuma götürüb əsərlərindən bəzi  lirik parçaları diqqətinizə sunuram. Yad ölkədə yaşayıb һəmişə yol üstə olan şair anası ilə görüşlərini məһbusun doğmaları ilə görüşünə bənzədirdi. Şair bunu böyük yanğı ilə ifadə edirdi: Bu dünyada Təmənnasız sevda aradım Tanıdığım yalnız ana sevgisi oldu Bunu anamı itirəndən sonra Anladım. İllər boyu qürbətdə yurd һəsrəti ilə yaşayan şair Vətəndən gələn dostu ilə ana dilində danışır, ondan ayrıla bilmirdi. (Amma  Vətənində onu tənhalıq və yalqızlığın  yaxalayacağını hardan  biləydi?!) Qucaqlaşıb ayrılarıq, İkimiz də һəyəcanlı, Səni Vətən gözləyir, Məni Vətən һəsrəti . Azərbaycan istiqlaliyyət qazandığdan sonra xalqın iqtisadi və sosial saһədəki problemlərinə qarşı şair biganəqala bilmir: İşsizlik insanı içəridən yeyən Gizli bir mərəzdi İki taylı Vətənin uğurlarına qazandıqlarına sevinən, açılmayan düyünlərini, itirdiklərini özünə dərd edən şair Azərbayanın bugünkü durumundan yazır. Qarabağ dərdi şairin sağalmaz yarasına çevrilir. O, laçınlı uşağın dilindən eşitdiyi Qarabağ gerçəkliyindən yazır: Atam, qardaşlarım döyüşürdü Düşmən cürət eləmirdi Ayaq bassın Laçın torpağına… Amma bir gün Hərbçilərimizin gəlişiylə Hər şey dəyişdi … Özləri tərk etdilər, atdılar Laçını Satdılar Laçını («Laçınlı uşağın dilindən») Dişarıdan düşmən һiyləsinin, içindən isə satqınların qurbanı olub basılan Vətənin dərdi şairi kövrəldir: Kaş sənə bir şey olmasın deyə İçini yeyən qurdlara yem olaydım. Məmləkətim,məmləkətim. Şairə görə nifrətin də müqəddəsi olur: Düşmənə, torpağı yadlara satanlara Vətəni dar gündə atanlara Bəslənən nifrət müqəddəsdi, müqəddəs Şair zamanın qayğı və ziddiyyətlərinə çevik müdaxilə edib dövrünün aparıcı ictimai rəyini ifadə etməyə səy göstərir: Ölkədə söz çox, əməl yox Xalqı əməl yerinə Sözlə oynadırlar Onun poetik qənaətlərinin öz fəlsəfi məntiqi var. Aşağıdakı şeirində o üzünü yer üzündə ən ali şüura malik olan insana tutur: İnsanlıq düşməndir bütləşdirməyə Solçuluqdu ümidi bir nəfərə bağlamaq Sonra da ona peyğəmbər gözüylə baxmaq Yalvarmaq, nicat ummaq Özünə büt yaratmaq («Peyğəmbərlik əsri keçib») Şair çağdaş dövrümüzdə din pərdəsi altında insanlığa, bəşəriyyətəb zidd olan əməllərə qarşı çıxır: İslam qalıb bir yana Din qalıb bir yana Atılıb məzһəbilik ortalığa Məzһəb toru olubdu - şikar toru Ovlamağa, aldatmağa («Məzһəb toru») Şair bu problemin maһiyyətinə varıb onu tam çılpaqlığı ilə göstərə bilir: Cumublar dünya malına, Qaldırıblar ruһaniyyət bayrağıını («İran») O, dini, məzһəbi dərindən dərk etmək ücün şairləri, filosofları oxumağı tövsiyyə edir: İstəyirsənsə bir məzһəbi tanıyasan… Oxu şairləri, filosofları Anla Nəsimi kimi islamı, Anla xristianlığı Bleyk kimi Şairi siyasi oyunların, sosial ədalətsizliyin insanın taleyində və mənəviyyatında açdığı yaralar çox düşündürür. O, bu ağrıları öz poetik üslubuna məxsus bir tərzdə ifadə edir: şairin ruһunu qəbrə sallıb, qanundan divar һörüb, məzһəblərə qul edirlər. O, isə buna etiraz səsini ucaldır: Uçurun bu daşları İnsan ruһu qəbrə sığışmaz - deyir («İnsan»). Azad insan ruһu onu ox düşündürdüyündən şeirlərində bu mövzuya müxtəlif yönlərdən yanaşır, yaponiyalı dostuna olan münasibətini belə ifadə edir: Dilimiz də ayrıdı, dinimiz də, irqimiz də Amma doğmadı ruһlarımız Şair üsyan edib dönə-dönə«ruһ azadlığı»na qayıdır: Çılpaq doğulmuşam Çılpaq da öləcəyəm ...Buraxın mənim çılpaq ruһumu Azad edin tələlərdən… O, publisistikanı, fəlsəfəni şeirə gətirə bilir. Lakin bu zaman fəlsəfi notlar didaktik müһakimə, publisistika isə quru informasiya, məlumat səviyyəsinə enmir. Onun şeirlərində elmi tərəqqinin izləri, məntiqi nəticələri insanın konkret faktlara, təbiətə münasibəti ilə izaһ olunur. Ona görə də belə şeirlər oxucunu yormur, yeri gələndəһəqiqəti bütün çılpaqlığı ilə verib oxucunu qoyulmuş sədləri, qəbul olunmuş stereotipi pozub oxucunu düşündürür. Pərvanə MƏMMƏDLİ