Bəli, Avropa xalqları kollektiv gücün qüdrətini daha öncə anladılar və onun sayəsində tədricən dünyaya sahibləndilər. Çin, Hindistan, Ərəbistan kimi qədim və çoxsaylı sivilizasiyalar, Amerika, Afrika, Avstraliya kimi qitələr aborgenəri ilə birlikdə kollektiv gücə məğlub oldular və uzun bir dönəm əsarət qədəri yaşadılar! Sonradan kollektiv gücə çevrilə bilənlər müstəmləkə boyunduruğundan çıxdi, transformasiya oluna bilməyənlər əriyib getdi və ya mutant svilizasiyalara dönüşdü! Bəşər tarixi bu qədər amansız və sadə yol keçib gəldi və gedir... Demokratiya kollektiv zəkanın məhsuludur, kollektiv energinin ifadə imkanıdır və kollektiv gücün realizə mexanizmidir! Demokratik hakimiyyət xalqın, çoxluğun yönəltdiyi siyasi instrumentdi-kollektiv idarəetmə formasıdı, ona görə də bir fərdin idarəetməsindən və ya bir qrupun idarəçiliyindən daha məhsuldar, daha dinamik və daha güclüdür! İnsan övladının mağaradan çıxdıqdan sonrakı uzun evolyusion yolda ən böyük kəşfidir! izahı çox bəsitdir: bir baş ağıllıdır, bir nəfər güclüdür, 10 baş daha ağıllıdır, 10 nəfər daha güclüdür!!! Vəssəlam! ermənistan dövlət olaraq yaxın vaxtlaradək avtoritar idarəetmənin cəngində olsa da, millət olaraq daha böyük alanda-kilsə və diasporun simasında kollektiv idarəetmə modelinə malik idi və ondan qaynaqlanan güclə tədricən ərazilərimizi işğal edə bildi.Gürcüstan da demokratik idarəetməni qazanıb, tədricən güc yığır və orada da erməni xislətli siyasətçilər bizim torpaqlarımız hesabına genişlənməyi düşünməyə başlayıblar. Bizim sentimental qınaqlarımız o qədərdə təsirli görünmür və deyəsən heç qırmızı körpüdən o yana da keçmir. Nicat- kollektiv enerjinin, kollektiv zəkanın və kollektiv gücün qarşısını açmaq, milli iradənin özünü ifadə edə bilməsini saxlamaqdır! Bunu ya siyasi elita edəcək, ya da millət özü.
© 2020 - Created by İLK XEBER.