DSX: Narkotik qaçaqmalçıları sərhəd naryadına xəsarət yetirib

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindəm məlumat verilib. Bildirilib ki, mayın 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Qarakazımlı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli VAZ-21011 markalı 10-NF-619 dövlət nömrə nişanlı avtomobilin əra­ziyə yaxınlaşması, avtomo­bildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Məlumata görə, şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb. Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Zamanov Daxil Möhbalı oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram heroinə oxşar narkotik vasitə aşkar olunaraq götürülüb. D.Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerin­dən uzaqlaşıb. İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqa­mə­tində Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərasində saxlanılıb. Saxlanılan şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəyyənləşdiril­ib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.