Mən sülhə səs verirəm

  Tarix öz yaddaşına yazsa qan səhifələr, Naləsiylə Tanrıdan imdad dilərsə bəşər, Yüz nalə bir əmr ilə susdurularsa əgər, Dünya sən nə edirsən? - sual eylərsə göylər, Bu dünyanın dərdini soruş salnamələrdən. Tanrım, xeyir əlini əsirğəmə bəşərdən. Yerin bağrını yarıb üzü alt cevirsələr, Müdhiş bir kəmənd atıb asimanı dəlsələr, Ulduzların ahından qara bürünsə göylər, Dünya hara gedirsən? - sual eylərsə bəşər, Sualın cavabını soruş qərinələrdən, Tanrım, xeyir əlini əsirgəmə bəşərdən. Güllələrin səsindən kədər duyarsa, səhər, Nəğməkar könüllərin səsin, boğarsa qəhər, Balası, dizi üstdə analar, qalsa mələr, Gecələrin yatmayıb, ağı cağırsa əgər, Bu dünyanın dərdini sor aylardan, illərdən. Tanrım, xeyir əlini əsirgəmə bəşərdən. Göy otlar, şeh yerinə, örtülsə küllə əgər, Bulaqların başında durmasa qız- gəlinlər, Körpə gülüşlərinə həsrət qalsa cicəklər, Düzlər sual eylərsə-hardasan ötən günlər? Bu dünyanın yaşını sor qoca müdriklərdən. Tanrım xeyir əlini əsirgəmə bəşərdən. Məhəbbətin ətrindən gül açmazsa könüllər, Bağlarda bənövşənin boynun əyərsə kədər. Lalələr cəmənlərdə sıralanmazsa əgər, Haradasan səadət -sualla dolsa gözlər, Səadətin ətrini sor salxım söyüdlərdən. Tanrım, xeyir əlini əsirgəmə bəşərdən. Ana gedən yollara uzansa körpə əllər, Gözlər göz yaşı tökər, gül dodaqlar büzülər. Ataları anaraq məlul baxsa körpələr, Haradasan ədalət? - sorsa caylar dərələr, Ürəklərin naləsin sor həsrətli dillərdən, Tanrım, xeyir əlini əsirgəmə bəşərdən. Tanrım, doğru yolunu əsirgəmə bəşərdən.