Dünyada koronavirusdan ölənlərin sayı
270 740 nəfərə çatıb.
“Report” xəbər verir ki, virusdan ən çox ölüm hadisəsi
ABŞ (
75 670),
Böyük Britaniya (
30 615) və
İtaliya (
29 958) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə
3 917 000-i ötüb.
Son 6 gündə pandemiya qurbanlarının sayı
30 000-dən çox olub.
Qeyd edək ki,
Azərbaycanda COVID-19-dan ölənlərin sayı
28 nəfərdir. Ölkəmizdə indiyədək
2 204 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan
1 551 nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus
212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını
COVID-19 qoyub, martın 11-də isə koronavirusu
pandemiya elan edib.