Tədris prosesinin bərpası bir qədər də uzadıldı

"1 iyundan tədris prosesi bərpa edilməyəcək". Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib. O, bildirib ki, Operativ Qərargah tərəfindən bu barədə müzakirələr keçirilib və qərar yuxarıda qeyd edilən kimi olub. Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov daha sonra deyib ki, 2019-2020-ci tədris ilinin sonu üçün hər hansı qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmur. "Bunun üçün birinci yarımilin nəticələri əsas götürüləcək. Onun əsasında şagirdlərin yekun qiyməti çıxarılacaq və onlar növbəti sinfə keçiriləcək. Nəticələrdən razı qalmayan şagirdlər tədris ili öncəsi yenidən qiymətləndirmədə iştirak edib, öz qiymətləndirməsini düzəldə bilərlər. Bu müddətdə intensiv şəkildə məzmunun çatdırılması həyata keçirildi. Bu həftə sonuna qədər teledərslərin sayı 1200-ə çatacaq. 900 minə yaxın şagirdin mənimsəmə səviyyəsini bilmək üçün iyunda 3000-6000 şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək".