Ufada təhlükəsizliyin təmin edilməsi problemləri mövzusunda konfrans keçirilib

Görüntünün olası içeriği: yazıRusiya Federasiyasının Başqırdstan Respublikasının Ufa şəhərində Ufa Dövlət Aviasiya Texniki Universitinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsinin (1941-1945) 75 illiyinə həsr edilmiş «Təhlükəsizliyin təmin edilməsi problemləri (Təhlükəsizlik 2020)» mövzusunda II Beynəlxalq Elmi-Parktiki konfrans (online sistemində) keçirilmişdir. Konfransda Azərbaycan alimləri də iştirak etmişdir. Onlardan AMEA-nın Fəlsəfə İnstitutu «Davamlı inkişafın fəlsəfəsi» şöbəsinin müdiri, professor Sakit Hüseynov «Ekoloji təhlükəsizliyin sosial-fəlsəfi mahiyyəti», AzTU-nun professoru, f.e.d. Əyyub Kərimov isə «Ekoloji təhlükəsizlik beynəlxalq təhlükəsizlik konteksində» mövzusunda məruzə ilə çıxış etmişlər. İştirakçılarda xüsusi elmi maraq doğurmuş məruzələr konfransın məcmuəsində dərc edilmiş və bir çox xarici ölkələrə paylanmışdır. Məlum olduğu kimi, Covid-19 virusunun bütün dünyada yayıldığı hazırki şəraitdə təhlükəsizlik problemi mühüm aktuallıq kəsb edir. Məhz ona görə də konfransın təşkilatçıları məzmunlu məruzələri və diskussiyalarda fəallıqlarına görə alimlərimizə öz dərin minnətdarlıqlarını bildirmişlər.