"Təzadlar”ın suallarını Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır: - Bildiyimiz kimi, ABŞ Dövlət katibi Maykl Pompeo koronavirus pandemiyasının Çinin Uhan şəhərində laboratoriyada yaradılması ilə bağlı sübutlarının olduğunu açıqlayıb. Hətta bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp da bildirimişdi ki, o, COVID-19-un Çin Uhan şəhərindəki laboratoriyada süni şəkildə yaradılması barədə sübutları da görüb... Sizcə, bu fikirlər nə dərəcədə ağlabatandır və həqiqətə uyğundur? - Qeyd edim ki, artıq mütəxəsislər tərəfindən COVİD-19 virusunun süni yaradılmadığı haqda məlumatlar təsdiqlənməkdədir. Bu virusun bilərəkdən və ya bilməyərəkdən yayılmasından asılı olmayaraq dünyanın iqtisadi-siyasi dönəminə ciddi təsir etməkdədir. Dünyada baş vermiş virus epidemiyasından siyasi məqsədlər üçün istifadə edilməsi isə onu göstərir ki, bu virus bilərəkdən məqsədyönülü yayılmışdır. Dünyada COVİD-19 virusunun yaratdığı xaosun nəticəsində dünya iqtisadiyyatına və siyasətində yaratdığı gərginlik, virusun təsirindən ölənlərin sayını nəzərə alsaq demək olar ki, virus kimlərinsə əlində bioloji silaha çevrilmişdir, fakt budur. Virusun hansı dövlət tərəfindən istehsal edilib, dünyaya yayılmasını demək çox çətindir, amma hadisələri məntiqi analizi etdikdə bəzi məqamlar durulmaqdadır. Koronavirusun ilk olaraq Çinin Uhan şəhərində qeydə alınsa da, qısa bir vaxtda dünyanı cənginə aldı. Hadisədən dərhal sonra dünya mətbuatında məqsədyönlü olaraq virus barədə şaiyə xarakterli yazılar dərc olunmağa başladı. Bu yazıların məqsədi isə əsil günahkarı gizlətmək, hədəfi yanlış səmtə yönəltmək , dünya içtimaiyyətinin fikirini yayındırmaq idi. Statistik məlumatlara görə, COVİD-19 infeksiyasından ölənlərin sayına görə birinci onluğa NATO üzvü olan dövlətlər liderlik edir. Başda ABŞ olmaqla bu dövlətlər inkişaf etmiş dövlətlərdir. Onda sual doğur: necə ola bilər ki, bu virus zəif inkişaf etmiş kiçik dövlətlərdə deyil, məhz dünyanın iqtisadi-siyasi həyatına bilavasitə təsir edən ölkələrdə sürətlə yayıldı?! Virusun təsirindən ölənlərin sayı barədə dünya ictimaiyyətinə verilən statistik məlumatlar şişirdilmiş də ola bilər... İlk baxışda belə təəssürat yaradılır ki, bioloji silahın (COVİD-19) hədəfi NATO üzvü olan dövlətlərdir - virusun dünyada yayılması kimin, hansı dövlətin maraqlarına uyğundur. Haşiyə çıxım: Son bir neçə ildir ki, Çin iqtisadiyyatının yüksək sürətlə inkişafı dünya iqtisadi-siyasi həyatına bilavasitə təsir etməkdə idi. Bu yüksəliş, ABŞ-ın strateji maraqlarına uyğun gəlmirdi. Çinin iqtisadi yüksəlişini mənimsəyə bilməyən ABŞ rəsmiləri bu baxımdan narahat olmağa başladılar. Son zamanlar, ABŞ prezidentinin Çinlə bağlı açıqlamaları da buna aydın sübutdur. Qeyd etmək yerinə düşərdi ki, ABŞ-ın Çinə olan dövlət borcu, təxminən 2 trilyon dollar civarındadır. Ümumilikdə ABŞ federal hökumətinin borc öhdəliklərinin ümumi həcmi rekord səviyyədə, təxminən 25 trilyon dolları keçib. Hansı dövlət ki, ABŞ-dan borcunu istəyir, ABŞ həmin dövlətdə hərc-mərclik yaradır. Bu, ABŞ xarici siyasətinin tərkib hissəsidir. Bu gün ABŞ dünya içtimayyətini Çinin üstünə qaldırmaq niyyətindədir. Bu məqsədlə açıq şəkildə NATO-nun üzvü olan dövlətlərdən dəstək almaq istəyir, ona görə həmin dövlətlərdə virusun təsirindən ölənlərin sayı çox göstərilməkdədir, dəyən ziyana görə Çin dövlətindən kompensasiya tələb etmək kimi fikirlər də səslənməkdədir. Hadisələrin bu cür cərəyan etməsi onu göstərir ki, ABŞ rəsmiləri Çin dövlətinə sanksiya (iqtisadi, siyasi, maliyyə sahələrində) tətbiq etmək məsələsini gündəmə gətirəcək. Koronavirusla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı ABŞ-ın siyasi maraqlarına uyğun davranmadığına görə, aralarında soyuqluq da yaranmaqdadır. ABŞ-ın yaranmış vəziyyətdən istifadə edərək Çini çökdürmək istəyi açıq şəkildə hiss olunmaqdadır. Deməli, dünyada virusun yayılması ABŞ maraqlarına uyğun gəlir, Dövlət katibi Maykl Pompeonun fəaliyyəti də bu istiqamətdədir. - Dövlət katibi Maykl Pompeo koronavirusun Çinin Uhan şəhərində laboratoriyada yaradılması ilə bağlı sübutlarının olduğunu açıqlayıb. - Dövlət katibi Mayk Pompeo çox şey deyə bilər. Heç kimə sirr deyil ki, bioloji, kimyəvi silah hazırlamaq üçün ABŞ-ın gizli laboratoriyaları fəaliyyətdədir və bu sahədə ABŞ təcrübəsi, imkanları bütün dövlətlərdən öndədir. Xatırlayırsınızsa, vaxtı ilə ABŞ prezidenti Buş İraq dövətinin atom bombasına malik olduğunu bəyan edərək, Səddam Hüseyini devirdi. Sonradan bəlli oldu ki, deyilənlər hamısı yalan imiş... Artıq iş-işdən keçmişdi... Kim təminat verə bilər ki, Dövlət katibi Maykl Pompeonun dedikləri də o çürə deyil?
© 2020 - Created by İLK XEBER.