İmişlinin həbs olunan icra başçısı Bakıya gətirilir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən  İmişli Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Bakıya gətirilir.  Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, Vilyam Hacıyev təqribən 45 dəqiqə öncə DTX əməkdaşlarının nəzarəti altında İcra Hakimiyyəti binasından çıxarılaraq Bakıya aparılıb. Qeyd edək ki, bu gün  İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev  və İcra Hakimiyyətinin bir sıra əməkdaşları həbs olunublar. sasssaa.jpg (1.76 MB)