“Solduran soy” və “toldıran toy” haqqında

“Qarılar dörd dürlüdür: Birisi soldıran soydur. Birisi toldıran toydır. Birisi еviň tayağıdır. Birisi, nеcə söylərsəň, bayağıdır. Müqəddimədə mübahisəli oxunuşa və məna açımına uğramış mətn parçalarından biri də bеlə başlanır. “Birisi tolduran topdur” cümləsi üzərində xüsusi dayanan T.Tekin dеyimdəki qadın tipini xarakterizə edən sonrakı mətn parçasından çıxış edərək yazır: “Bu açıqlama gösteriyor ki, bu kadın oradan oraya yuvarlanan topa benzedilmişdir” (115, 144). “Tul-” felinin M.Kaşğari lüğətində verilmiş “vur(maq)” mənasına əsaslanan müəllif belə bir nəticəyə gəlir: “Iştе kanımca, yukarıdakı cümlеdеki kеlimе bu tuldur-fiilinden yapılmış sıfatdır. Tolduran top deyimi, büylece, “vurulan top, oradan oraya yuvarlanan top” tarzında anlaşılmalıdır”. Sеrtkaya da bu ənənəyə sadiq qalaraq həmin ifadələri “soldıran sop”, “tolduran top” variantında oxumuş və bu əsasda da şərh еtmişdir . Həmin deyimin oxunuşunda Drezden nüsxəsini əsas götürən Azərbaycan qorqudşünasları: H.Araslı, F.Zeynalovla S.Əlizadə, Ş.Cəmşidov onu “soldıran (solduran) soy”, “toldıran (tolduran) toy” şəklində bərpa etmişlər ki, bu da ilkin nüsxə variantına tam riayətdən irəli gəlir (70,17;71,33;20,281). Göstərilən deyimin şərhi üzərində ayrıca dayanmasa da, H.Araslının M.Təhmasiblə birgə hazırladığı nəşrdə Bartold tərcüməsinə (“odni – navodəhaə blеdnostğ naroda, druqiе – ostavləühiy prеsihеniе pir”, 124,12-13) əlavə şərh verməməsindən belə bir nəticə çıxır ki, o da həmin yozumla həmfikir olmuşdur. “Kitab”ın mətnşünaslıq problemlərini xüsusi araşdıran Ş.Cəmşidovun həmin deyimlə bağlı heç bir qeydinin olmaması göstərir ki, tədqiqatçı alim eynilə H. Araslı kimi, buradakı “toy” süzünü müasir mənada qavrayan Bartold yozumu ilə razılaşmışdır. F.Zeynalov-S.Əlizadə birgə nəşrində, еləcə də S. Əlizadənin müstəqil hazırladığı nəşrdə “soldıran soy” birləşməsi “nəsil korlayan” izahında “soy solduran”, “toldıran toy” birləşməsi isə “toy dolduran” şəklində müasirləşirilmişdir (71,131). Beləliklə, hər iki deyimi təşkil edən sözlər, demək olar ki, heç bir fərq görülmədən müasir anlamda başa düşülmüşdür. Əgər dilimizin tarixi qrammatik quruluşunun təhrifi yolu ilə, yəni təyinlə təyinlənən sırasını dəyişməklə formalaşdırılan bu çevirmə olmasaydı, ilk baxışda olduqca cəlbedici görünən mövcud yozum heç də etiraz doğurmazdı. Lakin tarixi-linqvistik materialların müqayisəli təhlili göstərir ki, bu deyim təkcə sintaktik quruluş baxımından deyil, həm də lüğət tərkibinə görə tamamilə başqa formada çevrilməlidir. Araşdırmalar göstərir ki, mürəkkəb tarixi formalaşma yolu keçmiş bu dastanlar toplusu xalqımızın etnogenezisində duran qədim oğuz etnosunun şərəfinə qoşulmuş əvəzsiz sənət əsəridir. Onun sərlövhəsində getmiş “Ala lisani-taifeyi-oğuzan” qeydindən göründüyü kimi türk dilinin oğuz layını nəzərə almadan bu monumental abidəni əslinə uyğun açıqlamaq istənilən nəticəni verə bilməz. Odur ki, bu tipli dеyimləri qədim oğuz türkcəsində işlənərək sonradan arxaikləşmiş sözlər kontekstində şərh еtmək lazım gəlir. Deyimi təşkil edən cümlələri nəzərdən keçirək: 1) “Birisi solduran soydır”. Məlumdur ki, ailə iki dirək üzərində, qadın və kişi tərəfin qarşılıqlı bağlılığı əsasında qurulur. Bu tərəflərdən birinin zəifliyi ailənin dağılmasına gətirib çıxarır. “Kitab”ı təşkil edən boyların məzmunu göstərir ki, oğuz zamanında qadına böyük qiymət verilmiş və ailənin saxlanılmasında onun müstəsna xidməti olduğu qabardılmışdır. Qorqud deyimində dörd qrupa ayrılan qadın tiplərindən yalnız biri - evin dayağı olanı alqışlanmış, digər üç tipi isə qarğışla yad edilmişdir. Deyimlərin əsaslandırılması ilə bağlı vеrilən ozan şərhindən aydın olur ki, ailəyə - ocağa xor baxan, ev, ər qədri bilməyib yalnız özünü düşünən qadınlar lənətə layiqdir və bunlardan biri də “soldıran soy” kimi səciyyələndirilir. Cümlənin qrammatik quruluşundan göründüyü kimi, “soy” sözü xəbər, feli sifət forması “soldıran” sözü isə təyin vəzifəsində zıxış еdir. Yazılı abidələrimizin dilində “soy” sözü “nəsil” mənası ilə yanaşı, həm də “tərəf” mənasında işlənmiş omonimdir. Məsələn, Yenə düşdi buların artlarınca, Atın çapıb səgirdir suylarınca. “Suy” fonetik variantında getmiş bu arxaizm (fars mənşəli “su” süzü ilə məna və yazılış ortaqlığı onun alınma olduğuna əsas vеrmir) “Dastani-Əhməd hərami”də olduğu kimi abidənin mətnində Qazan xanı səciyyələndirən “Amit soyının aslanı” (73,42, 63,95) birləşməsinin tərkibində də “tərəf” mənasında işlənmişdir. Təəssüflər olsun ki, bu məqamda da əksər tədqiqatçılar tərəfindən “nəsil” kimi mənalandırılan “soy” sözünü “tərəf” mənasında şərh еdilmişdir. “Salur Qazan” ifadəsində Qazanın mənsub olduğu nəsil–tayfa adının təkzibedilməz şəkildə verildiyi şübhəsizdir. Bu müqayisədə “Amit nəslinin aslanı” yozumunun məntiqsizliyi göz qarşısındadır. Dastanda “Qaracuğun qaplanı”, “Amit soyının aslanı” kimi dəyərləndirilən Ulaş oğlu Salur Qazan vətən torpağının qüdrətli sərkərdəsi kimi öyülür. “Qaracuq” kimi “Amit” sözü də tarixi toponimdir və “soy” sözü ilə yanaşı işləndikdə o heç də “nəsil” yox, “tərəf” mənasını ifadə edir. Diqqəti çəkən cəhət odur ki, “soy // suy” sözü müasir canlı xalq danışıq dilində də “tərəf” mənasını hələ də saxlamaqdadır. Məsələn, “Bir suyu filankəsə oxşayır” deyimində “tərəf” anlamı daşlaşmış şəkildə yaşamaqdadır. Beləliklə, “solduran soy” deyimində bəzi qadınların ailənin “solduran” tərəfi olduğu ön plana çəkilir. “Solduran” sözü bu məqamda “zəiflədən”, “cılızlaşdıran” mənasında işlənmişdir. “Azal(maq)”, “zəiflət(mək)” mənalı “sol(maq)” felinə (126, 508) - dur təsirlik və –an feli sifət şəkilçisinin əlavəsi ilə düzəldiyi aydın sеzilir. Beləliklə, “solduran soy” ifadəsi ilə gizlincə yerindən durub, əl–üzünğ yumadan doqquz bazlamac ilə bir küvələk yoğurt gəvəzləyən naşükür qadın tipi ümumiləşdirilmişdir ki, həm qrammatik quruluş, həm leksik tərkib baxımından onu “(ailəni) zəiflədən, cılızlaşdıran tərəf” kimi yozmaq daha inandırıcı görünür. 2) “Birisi toldıran toydır”. Cümlənin açıqlanmasında azar rolunu oynayan “toldıran toy” ifadəsi də tarixi leksikanın süzgəcindən keçirildikdə öz həqiqi mənasını tapmış olur. M.Kaşğari lüğətində yalnız oğuzca işlənmiş belə bir ifadə qeydə alınmışdır: “Tuy tuldradı - xalq hər yandan dağıldı” (68, 383). Buradan belə məlum olur ki, “toy” sözünü fonetik variantı kimi vеrilmiş “tuy” sözü “xalq, kütlə” alamını daşıyır. “Tolduran” sözü isə “toldradı” (əslində transkripsiya “tolduradı” şəklində olmalıdır) felinin başlanğıc forması olan toldur- süzünün feli sifət formasıdır. Deməli, “tolduran toy” “dağıdan xalq, tayfa” anlamındadır. Bu deyim tərzi xalqımız üçün səciyyəvidir. Belə ki, indi də canlı xalq dilində “qadın tayfası, zənən xeylağı” ifadəsi geniş işlənməkdədir. “Tolduran toy” deyimində “dəprətincə” yerindən durub əl-üzünü yumadan obanı o ucundan bu ucuna, bu ucundan o ucuna gəzən, dedi-qodu dinləyən, günortadan sonra evinə qayıtdıqda yiyəsiz qalmış həyət-bacasını oğru köpəklə dananın talan еtdiyini görüb qonçularını günahkar bilən qadın tipi ümumiləşdirilmişdir. Müdrik ozan bеlələrini “dağıdıcı tayfa” adlandırmaqda nə qədər haqlı olduğunu vеrdiyi şərhlə əsaslandırır. Maraqlıdır ki, “toy” arxaizmi Vatikan nüsxəsində еyni mənalı “tulp” sözü ilə əvəzlənmişdir. Ə. Həyyan lüğətində türk mənşəli həmin söz “güruh” kimi (30, 41) açıqlanmışdır ki, bu da dеyimin izahında düzgün seçimdə olduğumuzu göstərir” Asif Hacıyev “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar” (Bakı 2007) kitabından