Zakir Qaralov vəzifədən getdi

Azərbaycanın Baş prokuroru Zakir Qaralov vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, onun yerinə Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyini irəli sürüb. K.Əliyevi Milli Məclisin təsdiq edəcəyi gözlənilir.