Rusiya Azərbaycanlıları İttifaqının təsis olunmaaından bir il ötür. Bununla bağlı Dünya Azərbaycanlıları Assambleyası prezidenti Rəşad Quliyev Rusiya Azərbaycanlıları İttifaqını təbrik edib. Təbrikdə deyilir : Rusiya Azbaycanlılar İttifaqının bir yaşı tamam olur. Bu bir ildə həm Rusiyada həm Azərbaycanda bir çox uğurlu işləri ilə yadda qalan RAİ, iş adamı, xeyriyyəçi Fizuli Məmmədovun liderliyi ilə ciddi uğurlara imza atdı. Bu münasibətlə Dünya Azərbaycanlıları Assambleyasının kollektivi olaraq Hörmətli Fizuli Məmmədovu və Rusiya Azərbaycanlıları İttifaqının bütün fəal kollektivini təbrik edir onlara fəaliyyətlərində uğurlar arzu edirik. Ümidvarıq ki, RAİ-nin göstərdiyi uğurlu fəaliyyət nəticəsində Rusiya Azərbaycan əlaqələrinin dinamikası hər keçən zaman ərzində artacaq, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətləri şaxələnəcəkdir. Qeyd edək ki, RAİ keçən ilin aprelin 27-də Rusiya Federasiyasının 57 bölgə və şəhərinin təşkilat rəhbərlərinin , fəallarının qatılımı ilə təsis olundu. Bu bir ildə ümidsizlərin ümid qapısı, çarəsizlərin güvənc yeri oldu.
© 2020 - Created by İLK XEBER.