Karantin rejimi növbəti dəfə bu tarixdən yumşaldıla bilər - Baş infeksionist

Xəstəliyin dinamikası azalan fazada davam edərsə, karantin rejiminin yumşaldılmasının növbəti mərhələsinə 4 mayda keçilə bilər. Bunu Modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. C.İsayev qeyd edib ki, hər şey vətəndaşların növbəti mərhələdəki qaydalara əməl etməsindən asılı olacaq: “Hamımız qaydalara nə qədər çox riayət etsək, növbəti mərhələlərə keçid bir o qədər tez olacaq”. Qeyd edək ki, bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb.