Ceyhun Bayramov rəqəmləri açıqladı: "Teledərslər" və "Virtual dərs" layihələrindən neçə şagird yararlanıb?

"Azərbaycanda ilk koronavirusa yoluxma halı qeydə alınandan təhsil müəssisələrinin fəaliyyəti ölkə başçısının tapşırığı ilə dayandırılıb. Bundan sonra nazirlik tərəfindən məktəblilərin boş vaxtlarını müsbət dəyərləndirməsi üçün bir çox addımlar atılıb". Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov söyləyib. Nazir bildirib ki, ilk olaraq "Mədəniyyət" kanalında "Teledərslər" layihəsinin icrasına başlanılıb. C.Bayramov söyləyib ki, aprelin 29-da bu layihənin 1000-ci buraxılışı efirə veriləcək. Məlumatda bildirilir ki, bu layihədən 1 milyon 600 min şagird yararlanıb. Nazir qeyd edib ki, əksər ölkələr bu layihəyə Azərbaycanda bir ay sonra başlayıb. C.Bayramov daha sonra "Virtual məktəb" layihəsi haqda danışıb. Bildirib ki, bu layihədən 600 min şagird, 50 min müəllim qeydiyyatdan keçərək yararlanıb.