Hörmətli Əflatun müəllim! Sizi doğum gününüz münasibətilə təbrik edirəm və çox istərdim ki, yazdığım təbrikimi tam səmimi qəbul edəsiniz. Bu gün Sizin kimi nəcib bir şəxsiyyət barəsində xoş sözlər demək mənim üçün çox xoşdur. Siz ilk tanışlığımızdan bu günə kimi mənim yaddaşımda sadə həyat tərzi keçirməyə üstünlük verən, həyatda özünün müstəqil dəsti-xətti olan, xeyirxahlığı və prinsipiallığı ilə fərqlənən nümunəvi bir Azərbaycanlı ziyalısı kimi yer tutmusunuz. Səidlə birlikdə sizinlə keçirdiyimiz son görüşlərimüz haqqınızda bölüşdüyüm qənaətlərimi daha da möhkəmləndirir. Nəyə eyham vurduğumu yəqin ki, tuta bildiniz. Siz Mətbuat Şurasının sədri və mətbuatımızın ağsaqqalı kimi yola saldığınız bu ötən illərdə xarakterinizdən irəli gələrək daim mətbuatımıza və jurnalistlərə imkanlarınız daxilində diqqət ayırmısınız, onların problem və qayğılarının həll edilməsinə böyük əmək sərf etmisiniz. Bu illər ərzində mətbuatımıza, cəmiyyətə daha çox fayda vermək naminə səylərinizi əsirgəməmisiniz. Milli Məclisin deputatı olanda da nümunəvi davranışınız və aktiv fəaliyyətiniz yaxşı yadımızdadır. Sizin həm qanunların qəbul edilməsində fəal iştirak etməyiniz, həm də seçicilərinizin problemlərinin həllində ümid yerinə çevrilməyiniz xüsusilə təqdirəlayiq idi. Həm də bütün bunlar uzaq keçmişdə deyil, dünən idi və bizim gözümüzün qarşısında baş verirdi. Çox xoşdur ki, siz bu missiyanı deputat olmayanda, yənu bu gün də davam etdirirsiniz. Məncə, bir insan üçün bundan şərəfli, bundan yüksək zirvə ola bilməz. Bir daha Sizi təbrik edir, sağlam və uzun ömür, xoşbəxtlik və fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram! Hörmətlə, Xanoğlan Əhmədov "İlkxeber.org" saytının baş redaktoru, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri
© 2020 - Created by İLK XEBER.