Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində bununla bağlı etdiyi paylaşımda deyilir: “Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram. Allah orucunuzu qəbul etsin!”.