Bakı metrosu açıqlacaqmı? - RƏSMİ AÇIQLAMA

"Metronun açılması məsələsi müzakirə olunur".
BakuPost.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, karantin dövründə yerüstü nəqliyyata üstünlük verilməlidir:
"Karantinin yumşaldılması prosesində metronun açılması da müzakirə olunur".
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ictimai nəqliyyatda davranış qaydaları da hazırlanır.