Beyl doğulduğu klinikaya yarım milyonluq yardım etdi

İspaniyanın "Real Madrid" klubunun və Uels milli komandasının futbolçusu Qaret Beyl tibbi ehtiyaclara 1 069 000 avro sərf edib. "Report"un məlumatına görə, 31 yaşlı hücumçu Uels Universitetinin klinikasına 500 000 funt sterlinq (569 000 avro) ödəyib. Beyl məhz bu klinikada 16 iyul 1989-cu ildə dünyaya gəlib. Daha 500 000 avro isə İspaniya klinikalarına bağışlanıb. Qeyd edək ki, İspaniya və Uels də daxil olmaqla, əksər ölkələrin çempionatları koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Qaret Beylin "Real Madrid"lə 30 iyun 2022-ci ilədək müqaviləsi var.