Kilsə və onun katolikosu erməniləri millət halına salan əsas qüvvələrdir. Bu iki amil hesabına onlar Qafqazda Azərbaycan torpaqlarında yerləşməyə nail olublar. Çar Rusiyasının buyruq qulu olan bu dini quruluş 20-ci yüzillikdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan, Borçalıdan, Dərbənddən, sonda Qarabağdan çıxarılmasında aparıcı rol oynayıb. Azərbaycan torpaqlarında ermənilərin törətdiyi qanlı hadisələrin, Xocalı soyqırımının da fitvasını kilsə-katalikos verib. Uzun sözün qısası, Rusiyanın yardımı ilə erməni kilsəsi və onun katolikosu bu etnosu sanki dünyaya gətirib, böyüdüb. Ona görə də erməni kilsəsi Rusiyanın üzünə ağ ola bilməz.
2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Hakimiyyətə gələn yeni siyasi qüvvə Rusiyaya qarşı deyil, həm də kilsəyə qarşı çıxış edirdi. Onlar Moskvanın və kilsənin Ermənistanın daxili işlərinə qarışmasını qəbul etmədiklərini bildirirdilər. Sonrakı illərdə bu siyasi qüvvənin lideri, Ermənistanın baş naziri Nikol Paşinyan Kremllə münasibətlərini tənzimləmək üçün çox cəhdlər etdi. Kreml onu qəbul etməsə də, Ermənistanın xətrinə N.Paşinyanı yol verir. O, ölkəsinin bütünlükdə Rusiyadan asılı olduğunu bir daha dərk etdi.
Kilsə və Rusiya erməni millətinin yaradıcısıdır. Hökumət başçısının kilsə ilə ulduzu hələ də barışmır. 2019-cu ilin payızında Los-Ancelesdə keçirdiyi mətbuat konfransında baş nazirin kilsə ilə münasibətlərindəki gərginlik özünü açıq şəkildə göstərmişdi. O bildirmişdi ki, Ermənistan xalqı hökumətin Ümumerməni Kilsəsinin daxili işlərinə qarışmağı tələb edərsə, hakimiyyət təcili olaraq bunu müzakirəyə çıxarıb uyğun addımlar atacaq. Onun sözlərinə görə, Ermənistan hökumətinin liberal siyasətini bəzi siyasi qüvvələr bəzən səhv olaraq zəiflik kimi dəyərləndirirlər: “Bu hal artıq bəzi ruhani dairələrdə də müşahidə edilməkdədir. Bizim kilsənin daxili işlərinə müdaxilə etməyəcəyimiz barədə dediklərimizi “kilsədəkilər” zəiflik kimi qiymətləndirirlər. Onlar çox sərt əks-zərbə alıb birbaşa və dolayı olaraq diz çökəcəklər. Təkrar xəbərdarlıq edirəm, bizim təbəssümümüzü və hörmətimizi kimsə zəiflik hesab etməsin”.
Ermənistan parlamenti Ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılması haqqında qanun layihəsini daha müzakirə etmir. Çünki kilsəyə bu istiqamətdə maliyyə verilmir.
Görünür, kilsə N.Paşinyanın 8 ay əvvəl verdiyi bəyanatı bu günlərdə yoxlamaq istəyib. Ümumerməni ali patriarxı və katolikosu II Qaregin koronavirusa görə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsi ilə bağlı baş nazirə müraciət etmişdi.
Ermənilərin dini liderinə N.Paşinyan əvəzinə Baş Prokurorluq cavab verib. Cavabda qeyd olunub ki, II Qareginin cinayət-prosesual prosedurlarla heç bir əlaqəsi yoxdur: “Cinayət prosesindən kənar məsələlərə şərh vermirik”.
Bundan sonra Ermənustan Milli Təhlkəsizlik Xidməti Erməni Apostol kilsəsinin yeparxiyalarından biri barəsində dələduzluq maddəsi ilə cinayət işi başlayıb. Həmin keşiş 2010-cu ildə Afrikada almaz yataqlarından birinə
12 mln. ABŞ dolları dəyərində sərmayə qoyarkən dələduzluğa yol verməkdə ittiham olunur. Keşiş Ermənistanda kobud brilyantların məhsuldarlığını, emalını və satışını artırmaq üçün erməni sahibkarlardan birini investisiya qoyuluşuna şirnikləndirib. Bunun qarşılığında o, sahibkarın bır sıra daşınmaz əmlakını əldə etmək hüquq qazanıb. Sonra həmin əmlakı bankda girov kimi qoyub.
Bu cinayət işi açılandan sonra din xadimi axtarışda olan öz əlaltısına bütün məsuliyyəti boynuna götürməyi və bütün dəlil-sübutları məhv etməsini istəyib.
Həmin keçiş Ararat patriarxlığının canişini, arxiyepiskop Navasard Kçoyandır. O, ittihamların qurama olduğunu bildirib. Bu barədə Milli Təhlükəsizlik Xidmətinə məsələ ilə bağlı ifadə verib. Onun əlaltısı iş adamı Paylak Ayrapetyan isə bu məsələdə qurban sayılır və s.
Məqsədimiz Kçoyanla Ayrapetyana qarşı irəli sürülən ittihamları araşdırmaq deyil.
Hazırda həbsdə olan R.Koçaryan barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsi çarğırışı kilsəyə başçılıq edənlərlə hökumət arasında ziddiyyətləri də üzə çıxardı. Bu həm də ermənilərin formalaşmsında rol oynamış bir quruluşun mənəvi aşınmasını göstərdi.
Belə çıxır ki, kilsə ermənilər arasında nüfuzunu itirir, xalqdan ayrı düşür. Elə Aram Birinci adlı keşiş erməni Apostol Kilsəsinin xalqın yanında olmağa çağırıb.
Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan da Eçmiadzin baş kilsənin Koçaryanla bağlı çağırışına cavab olaraq Samvel Mayrapetyan adlı iş adamının fəaliyyətini yada salıb. O bildirib ki, Eçmiadzinin kilsəsinin mətbuat xidmətinin başçısı Vaqram Melikyan hazırda həbsdə olan bu iş adamı barəsində həbs qətiimkan tədbirinin dəyişdiriləcəyini vəd edib. Onun sözlərinə görə, Mayrapetyanın adı 2008-ci il martın 1-də baş verən hadisələrdə hallanıb: “Mayrapetyanın adı iri məbləğdə pulların yuyulmasında da ittiham olunur. Vaqram Melikyanın zəmanəti əsasında 2019-cu ilin yanvrda Mayrapetyan müalicə adı altında ölkədən çıxıb, istintaq orqanlarının tələblərinə baxmayaraq, geri qayıtmayıb. Hökutmət Eçmiadzin Baş Kilsəsindən Mayrapetyan məsələsi ilə bağlı izahata gözləyir”.
Deməli, hökumət demək istəyir ki, Samvel adlı iş adamına zamin durub, onu müalicə adı altında Ermənistandan çıxartdınız, indi də koronavirusu bəhanə edərək, Koçaryanı ölkədən qaçırtmaq istəyirsiz.
Baş prokurorluq və Milli Təhlükəsizlik Xidmətinin kilsə və keşişlər barədə açıqlamaları Ümumerməni kiləsinin fırıldaqla məşğul olduğunu təsdiqləyir.
Oksford Universiteti Şərq İnstitunun professoru Qraç Çilingiryan bir müddət əvvəl BBC-yə müsahibəsində bunu vurğulayıb. O deyib ki, II Qaregin Erməni Apostol Kilsəsinə (EAK- Eçmiadzin kilsəsi) 1999-cu ildən etibarən rəhbərlik edir. Onun sözlərinə görə, 20 il ərzində dünyəvilər, keşişlər və hətta iki erməni patriarxı (Qüds və İstanbul) Qaregini kilsə həyatının maddi tərəfinə hədsiz bağlılıqda və avtoritar idarəçilikdə ittiham edib. II Qareginin rəhbərliyi dövründə kilsənin idarəçiliyini mərkəzləşdirmək cəhdləri EAK və diaspora arasında əsas problemə çevrilib.
Ermənistanda müxalifət sayılan Çiçəklənən Ermənistan Partiyasının və parlamentdəki Sarukyan fraksiyasının sədri, milyarder deputat Qaqiq Sarukyanın partiyadaşları isə Qaregini müdafiə edirlər. “Sarukyan” qrupunun üzvü, deputat Naira Zoqrabyan Qareginin müraciətini dəyərləndirərək, patriarxn çağırışının müzakirə edilmədiyini bildirib: “Hesab edirəm ki, bu, erməni Apostol kilsəsinə qarşı başlayan ucuz, çirkli, dağıdıcı kampaniyadır”.
“Sarukyan” bloku Qareginə qarşı çıxışları “yolverilməz hücum” adlandırıb.
Çiçəklənən Ermənistan Partiyasından deputat olan Mikael Melkumyan da bildirib ki, xristian ənənələri və ailə dəyərləri kilsədə cəmləşir. O, Qareginə qarşı edilən çıxışları bu ənənələrin zərbə altında qalması kimi qiymətləndirib.
Sosial şəbəkələrdə də Qareginə və Eçmiadzin kilsəsinin fəaliyyətinə münasibət birmənalı olmayıb. Bir çoxları kilsəyə hücum təklif edib. Onların arasında hətta Qareginin devrilməsini təklif edənlər də var.
Qaregini müdafiə edənlər hakimiyyəti hədələyərək bildiriblər: “II Qaregini kim müdafiə etməlidir? Dindarlar onun müdafiəsinə qalxmalıdır? Bunu hakimiyyət istəyir? O, bu istəyini alacaq”.
Parlament sədrinin müavini Alen Simonyan bütün ermənilərin katolikosunun məlum bəyanatını yanlış olduğunu deyib.
Deməli, iki ildir davam edən hakimiyyət – kilsə müharibəsi davam edir. Paşinyan kilsənin üzərinə niyə belə gedir?
Bir haşiyə. Bu şəhərin əvvəllər adı Üçkilsə olub. Çar Rusiyası Qərbi Azərbaycan torpaqlarını işğal etdikdən sonra başqa yerlərin türkcə adları erməniləşdirildiyi kimi Üçkilsə də Eçmiadzin oldu.
Yuxarıda qeyd etdiyimiz kimi Eçmiadzin kilsəsi Rusiyanın yaxın müttəfiqidir. Bura Kremlin dayaqlarındandır. Yeri gəlmişkən, Rusiya Ermənistanda varlığını Gümrüdəki 102 saylı hərbi baza ilə də göstərir. Paşinyanın tərəfdarları əvvəllər bu bazaya qarşı da çıxış etdilər. Ancaq geri çəkilməyə məcbur oldular. Ancaq baş kilsəyə hücum dayanmır. İki ildir bu proses davam edir. Xaricdəki ermənilər arasında da Eçmiadzin rəhbərliyinə münasibət birmənalı deyil. Onlar da II Qaregini tənqid edirlər. Kilsə və onun lideri Ermənistanda dövlət içində dövlət kimidir.
102 saylı baza ilə eyniləşdirsək belə ehtimal etmək olar ki, o, "5-ci kolon"u müdafiə etmək üçün mövcuddur.
İki il əvvəl Ermənistanda hakimiyyətə gələn, yaxud gətirilənlərin siyasi kursu islahata əsaslanır. Bu prosesin getməsinə manelər qalır. Onlardan biri və ən başlıcası mövcud konstitusiyadır. Koronavirusa görə əsas qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər təxirə salındı. Paşinyan üçün başlıca manelərdən biri də hazırkı prezident Armen Sarkisyandır. Baş verənlərə əsasən, ehtimal etmək olar ki, keçmiş rejimlərdən qalma II Qaregin də Ermənistanda islahata qarşı əngəl sayılır. Ona görə də Eçmiadzində rəhbərliyin dəyişəcəyi və kilsədə islahat aparılacağı istisna edilmir. II Qareginin Paşinyanın bayrağı altına keçəcəyi isə az inandırıcıdır.
Beləliklə, Ermənistanda kilsənin idarə edəcəyi müxalifətin yaranacağını ehtimal etmək olar. Ancaq son sözü heç vaxt Yerevanda demirlər. Bunun üçün erməni etnik qrupunu millət halına salan Rusiya və diasporun da fikir əsasdır. Rusiya Qaregini və ya Eçmiadzini siyasi yön qeyri-müəyyən, yaxud qarışıq Nikol Paşinyana, onun təmsil etdiyi siyasi qüvvəyə güzəşt edəcəkmi? Koçaryanın hədən buraxılmasını Rusiya rəsmiləri də arzu ediblər. Ancaq nəticə dəyişməyib. Bu baxımdan kilsə və Kremlin Koçaryanın azad edilməsi istiqamətində birliyi də mümkündür.
Nəhayət, Ermənistanda kilsədə islahatla bağlı qarışdurma yaranması da mümkündür.