Milli Məclisin mayda keçiriləcək iclasının vaxtı açıqlandı

Milli Məclisin yaz sessiyasının may ayı üçün ilk plenar iclasının vaxtı açıqlanıb. “Report”un xəbərinə görə, parlamentin növbəti plenar iclasının mayın 8-də keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu həftə - aprelin 24-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.