"Koronavirus epidemiyası terrordan daha təhlükəlidir"

Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır:
- Azad müəllim, məlum olduğu kimi koronavirusa dünyanınn hər yerində sürətlə yayılmaqdadı. Bu virus barədə cəmiyyətdə müxtəli fikirlər səslənir. Guya, bu virus dünyanın hansısa güclər tərəfindən idarə olunur, dünyada yeni siyasi-iqtisadi oyunların başlanmasına dəlalət edir. Sizin fikirlərininz oxucularımız üçün mararqlı olardı.
- Dünyanın bürüyən bu virus barədə dediyiniz kimi dünyada, o cümlədən respublikamızda da müxtəlif fikirlər formalaşıb. Mən müxtəlif ekspertlərin fikirləri ilə tanış olmuşam. Bu sahə ilə məşğul olan mütəxəsislərin bir qismi qeyd edirlər ki, təbii yolla yaranan viruslar 26 dərəcə isti havada məhv olurlar. Hazırda bu virus Afirkada, Ərəb ölkələrində də sürətlə yayılmaqdadı, orada hazırda havanın tempraturu iyirmi altı dərəcədən çoxdur. Belə olan təqdirdə məntiqi sual doğur: bu virus təbii yolla yaranıbsa niyə isti olan ölkələrdə də sürətlə yayılır. Artıq dünyada belə bir fikir formalaşıb ki, COVID-19 virusu süni yolla yaranan virusdu. Hətta buna görə ABŞ və Çin rəsmiləri bir-birini ittiham edirlər. Koronavirusun birinci dalğası təbii olaraq dövlətlərin sərhədlərini qraşılıqlı olaraq bağlaması dövlətlər arasında siyasi-iqtisadi əlaqələrə zərbə vurmaqdadı. İkinci dalğası isə dünya iqtisadiyyatında xaos yarada bilər ki, bunun nəticəsi olaraq dünyada siyasi gərginlik, yeni təlatümlər meydana gələ bilər.
Müasir dövrümüzün informasiya-texlalogiyalarının inkişafı əsas verir ki, insanlar müxtəlif mənbələrdən məlumat əldə etsin, bu məlumatlar doğru və yalan da ola bilər. Kütləvi informasiya vasitələrində bir-birinə zidd məlumatların, dezinformasiyaların yayılması dünyada, cəmiyyətimizdə şaiyələrin yaranmasına səbəb olur. Böyük dövlətlərin koronavirusun dünyada yayılmasından siyasi məqsədlər üçün istifadə etməsi, bəzi insanlara əsas verir ki, desinlər: bu virus təhlükəsi hansısa güc mərkəzlərinin yeni oyunudur, hətta cəmiyyətimizdə də koronavirusun mövcudluğuna şübhə ilə yanaşan insanlarda az deyil, bəzən insanlar arasında belə bir pirimitiv fikir dolaşır ki, bu virus varsa niyə qohumlar, qonşular arasında bu virusa tutulanlar yoxdur. Qeyd edim ki, istər təbii virus olsun, istərsə də süni virus olsun artıq bu problem dünyanın iqtisadi və siyasi həyatını çalxalamaqdadı. Baxın, Avropa Birliyinə daxil olan dövlətlər öz sərhədlərini virusun təhlükəsindən bağlamaq məcburiyətində qalıblar.
- Cəmiyyətdə karantin qaydalarına tabe olmayan insanlar az deyil. Sizin fikirinizcə bunun məsuliyyətsizlikdir, yoxsa dediyiniz kimi insanların inamsızlığı ilə bağlı məsələdi?
- Məsuliyyətsizlik bir çox amillərlə əlaqəlidir, yəni bu insanların intelektual dünya görnüşündən, savadından, sosial vəziyyətindən, psixoloji durumundan, ən əsası da informasiyaların təsir altına düşməsindən və s. asılıdır. Yuxarıda qeyd etdiyim kimi insanlar müxtəlif mənbələrdən məlumat alır və bəzən də həmin məlumatların təsiri altında davranırlar. Belə olan halda insanlar anlamalıdırlar ki, onların məsuliyyətsiz davranışı ətradakılar üçün təhlükədir, əks təqdirdə bu insanlar dövlətin sərt üzü ilə qarşılaşmalı olur. Karantin dövründə insanlar dövlətin sərt üzünü görməyəndə, yəni ciddi nizam-intizam olmayanda virusun ciddiliyinə də şübhə ilə yanaşırlar.
Bildiyiniz kimi hələ bu virusun müalicəsi üçün təbii baxımdan vaksinləri mövcud deyil, həkimlər alternativ müalicə metodları ilə xəstələri sağaldırlar. Virusun kökünün kəsilməsi birmənalı olaraq özünü tədric metodundan başlayır. Bu ətraf mühitlə əlaqəni kəsmək, öncə dövlətin sərhədindən, sonra ailənin, daha sonra isə fərdin özünü tərdricdən başlayır. Koronavirus epidemiyası terrordan daha təhlükəlidir, nəticədə cəmiyyət hər sahədə həm fizialoji, həm sosialoji, həm də psixoloji olaraq çökür, belə tlatümlər dövləti sarsıdır.
- Tarixdə çoxsaylı insan təlafatı ilə nəticələnən viruslar olub, bəlkə bu da həmin viruslardan biridir...
- Bəli tarixə baxsaq, Koronavirusadan da təhlükəli viruslar olub. Onlardan biri İspan qripi olub, bu virus dünya üzrə 500 milyondan çox insana təsir göstərmişdir. İspan qripi virusunun nəticəsində 100 milyon yaxın insanın vəfat etdiyi təxmin edilir. Əvvala, o dövrdə dünya tibbinin sahəsində elmin vəziyyəti ilə indiki dünyamızın səhiyyə sistemi çox fərqli idi, ikincisi, insanların indiki kimi informasiya almaq imkanları mövcud deyildi. Bundan başqa o dövrün texnikasının sürətinə görə dünya çox böyük idi, indiki zamanda texnikanın sürəti dəfələrlə artdığına görə dünya məcazi mənada balacalaşdığından virusun yayılması daha sürətlə baş verir. Yəni keçmişdə virusun dünyada yayılması üçün aylar, illər lazım gəlirdisə, indiki halda saatlar, bəzən də dəqiqələr kifayət edir. Indiki halda virusla mübarizədə keçmişə baxanda, tibb elminin nailiyətləri, texnologiyanın inkişafı, informasiya mübadiləsi və s. nəticəsində daha operativ tədbirlər görmək olur.
- Statistik məlumatlara görə, Koronavirus dünyada ən çox inkişaf etmiş dövlətlərdə yayılmışdır, hər sahədə qabaqda gedən ABŞ bu sahədə də öndə gedir, bu məntiqə sizin münasibətinizi bilmək istəyirik?
- Rəsmi məlumatlara görə NATO blokuna daxil olan dövlətlərdə koronavirus daha çox fəsad verməkdədir. Bu, maraqlı statistikadır. Dünyada fitnə-fəsadı, müharibələri, hərcmərcliyi, “narıncı inqlab”lar edib dövlətləri öz nəzarətinə alan, dünyada gücü ilə öyünən ABŞ gözə görünməz virus qarşısında aciz qalmaqdadır, bəlkə bu ilahinin ədalətidir.