Çin mətbuatı istəmədən ölkə hakimiyyətini yalan çıxaran hərəkətə imza atıb. Belə ki, hələ iki il öncə Uhanda yerləşən virusologiya mərkəzlərindən birində çəkilən foto kommunist rejimi ələ verə biilər. Böyük Britaniyanın “Daily Mail” qəzeti, 2018-ci ildə “China Daily” qəzetində yayımlanan bir fotonu yenidən nümayiş etdirib. Həmin fotoşəkillər şübhə oxlarını yenidən Pekinə tərəf çevirib. Fotolarda 500-dən çox virus ştampının sınıq olduğu görünən bir soyuducuda saxlanıldığı aydın görünür. Mətbuat soyuducunun qapılarını saxlayan rezinin də qırıq olduğuna diqqət edib. Bu fakt koronavirusun yeni tipinin məhz laboratoriya şəraitində hazırlandığı və onun həmin mərkəzdən sızdığı versiyasını gücləndirir və kommunist rejimi olduqca pis əziyyətdə qoyur. Bilindiyi üzrə artıq ABŞ və Böyük Britaniya rəsmi şəkildə pandemiyaya Çinin virus mərkəzlərinin səbəb olduğu fikrini ən yüksək səviyyədən dilləndirməyə başlayıb. Musavat.com
© 2020 - Created by İLK XEBER.