Bu bir cüt əsgər çəkməsini 2010-cu ildə Kəlbəcərdə məhşur fotoqraf Charles O'Rearin çəkmişdi və şeir o çəkmələrə yazılıb. Dözümün də bizdən çoxmuş, Gözləməkdən bezməyirsən. Sığınıb dogma torpağa Kök atmısan, gəzməyirsən. Sahibini soraqlayıb, Ağacdan, güldən sorursan. "Bəlkə, bir gün dönər geri" - Deyib xəyallar qurursan. Yurd daşında silahsız da, Yaraqsız da yaşıyırsan. Düyünlənən dərdimizi Qaytanında daşıyırsan. Bir əsrin dördən birin Yola saldın, hələ sağsan. Bir vətən daşıdır yerin, Göyərən qara torpaqsan. Nədir səni isti tutan? Qışda soyuqdan donmadın, Yayın qızmar günəşində, Nə yaxşı ki, sən yanmadın. “Gedbdir bir ordu bada”, Qoşundan üstün olmusan. Yanında bir palıd sınıb, Palıddan mətin olmusan. Canında var hələ təpər, Yolumuzu gözləyərsən. Meşənin lal sükutunda, Dil açarsan, söz deyərsən. Kəlbəcərin torpağıdı, Sənə qüvvət, dözüm verən. Durduğun yer qucağıdı, Xoşbəxtsən, ay orda duran. El yanında üzün ağdı, Fələk bəxtin qara yazıb. Bəlkə də, sahibin sağdı, Haradasa yolun azıb. Sən ayaqdan yetim qaldın, Mən isə vətəndən yetim. Sən meşədə məskən saldın, Bəs mən hansı səmtə yetim?!
© 2020 - Created by İLK XEBER.