Nyu-York ştatının hakimiyyəti koronavirus epidemiyası fonunda vətəndaşlara videorabitə vasitəsi ilə nikah qurmağa rəsmən icazə verib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo sərəncam verib. O, özünün “Twitter”dəki səhifəsində qeyd edib ki, Nyu-York sakinlərinə nikah şəhadətnaməsi almağa və videorabitə vasitəsi ilə mərasim keçirməyə icazə verən sərəncam imzalayıb.
© 2020 - Created by İLK XEBER.