Gürcüstanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanla sərhəd məsələsində təxribatların qarşısının alınması və vəziyyətin sabitləşdirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-nin illik hesabatında bildirilib. Qeyd olunub ki, DTX Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası Komissiyasının işində iştirak edir: “Bu format iki ölkə arasında məsələnin yoluna qoyulması üçün qanuni formatdır. Təhlükələri minimallaşdırmaq üçün danışıqlar prosesinə cəlb olunan dövlət qurumlarına müvafiq tövsiyələr təqdim edilib. Eyni zamanda, DTX-nın regional bölmələri müvafiq qurumlarla koordinasiya şəklində sərhədboyu rayondakı vəziyyətə daim nəzarət həyata keçirir və müvafiq operativ dəstək göstərir”.
© 2020 - Created by İLK XEBER.