İsraildə son sutkada koronavirusdan daha 14 nəfər ölüb. “Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, son 24 saatda İsraildə daha 391 nəfər COVID-19-a yoluxub. Bununla da yoluxanların sayı 12 591-ə çatıb. İsraildə koronavirusdan 140 nəfər ölüb. 174 pasiyentin vəziyyəti ağırdır. Məlumata görə, aprelin 16-dan yaşayış yerini tərk etməməklə bağlı ümumi qadağa ləğv edilib. Məhdudiyyətlə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Aprelin 19-da ümumi karantinlə bağlı yeni qaydaların elan ediləcəyi gözlənilir.
© 2020 - Created by İLK XEBER.