ABŞ prezidenti dəhşətli oyunların üstünü açır... Koronavirusun qlobal bir oyun, məkrli bir avantüra olduğunu ifşa edir... Və Antonio Quttereş, Bill Geyts, Hillari Klinton kimi qlobalist yırtıcılar dərhal ona qarşı çıxırlar... Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusla bağlı yalanları, hiylələri, dünya əhalisini qorxutmaq cəhdləri üzə çıxır...
Gözlənilən idi. ABŞ prezidenti Donald Trampın koronavirus böhranına qarşı mübarizə tədbirlərinin gecikdirilməsində, böhran əleyhinə görülən işlərin pis idarə edilməsində və ilk vaxtlar koronavirusun yayılması faktlarının gizlədilməsində ÜST-ün roluna dair aparılacaq araşdırma yekunlaşana qədər bu təşkilata veriləcək 500 milyon dollar maliyyə yardımının dayandırılması barədə bu gün göstəriş verdi. Çünki Tramp hələ günlər öncə ÜST-ü kəskin tənqid etmiş və ölkəsi tərəfindən bu təşkilata maliyyə yardımlarının dayandırıla biləcəyinin anonsunu vermişdi.
"Niyə"si bir-iki cümləyə sığacaq məsələ deyil.
Tramp ÜST-ün fəaliyyətindən şübhələndiyinə görə öz adamlarına bu təşkilatla bağlı araşdırmalar aparılmasını tapşırıb. Və nəticədə isə şok faktlar ortaya çıxıb.
Məlum olub ki, ÜST-ün rəhbərləri qlobalistlərə xidmət edir və onların direktivlərini, göstərişlərini yerinə yetirirlər. Koronavirus da həm qlobalistlərin, həm də dünyanın nəhəng tibb şirkətlərinin, farmakoloji mərkəzlərin "hibrid müharibə" planıdır. Hərəsinin də bu planda öz əlahiddə maraqları var...
Qlobalistlər bu yolla - pandemiya vasitəsilə dünyanın müxtəlif ölkələrində siyasi və iqtisadi böhranlar yaratmaq və yenidən dünyaya nəzarəti öz əllərinə keçirmək istəyirlər. Hazırda qlobalistlərin başında Hillari Klinton, Bill Geyts, Cef Bezos, Antonio Quttereş və digərləri durur.
Tibb şirkətləri isə pandemiya sayəsində öz bizneslərini genişləndirmək və daha çox tibbi vasitələr satmaq imkanı əldə edirlər. Və bununçün də həm ÜST-ün rəhbərliyinə böyük məbləğlərdə rüşvət təklif edir, həm də bu təşkilata müxtəlif üsullarla təzyiqlər göstərir, təşkilatı şantaj edirlər.
ÜST-ün rəhbərləri isə qlobalistlərə və tibb şirkətlərinin təzyiqlərinə müqavimət göstərmək əvəzinə, onların tələblərini yerinə yetirməyə razı olub. Və hazırda ÜST-ün dünya əhalisini qorxu altında saxlamağa çalışması, insanları koronavirusla əlaqədar psixoz vəziyyətinə çatdırması da məhz bununla əlaqədardır. Tramp da bütün bunlardan şübhələnib. Və ÜST-ün rəhbərlərinə böyük miqdarda rüşvətlərin verilməsinin də izinə düşüb.
O da məlum olub ki, Bill Geytsin sahibi olduğu "Mikrosoft" korporasiyası da ÜST-ü leqal və qeyri-leqal yollarla maliyyələşdirir. Çünki B.Geyts bəşəriyyət üzərində Covid-19 kimi dəhşətli eksperimentlərin aparılmasında hamıdan çox maraqlıdır. Heç "Amazon"un rəhbəri Cef Bezos da Geytsdən qətiyyən geri qalmır. Onlar hətta koronavirusla bağlı birgə layihələrə də start veriblər. Adını da belə qoyublar ki, guya koronavirusa qarşı təsirli mübarizə vasitələri axtarırlar. Amma əsas məqsədləri isə bu deyil.
Hər iki iş adamı Trampın qatı əleyhdarları sayılır və ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintonun yanında yer alırlar. Bunlar üçü birlikdə Trampın qanını belə içməyə hazırdırlar. Və Ümumdünya Səhiyyə Təşkilatını da məhz Trampa qarşı (koronavirusa qarşı yox a, məhz Trampa qarşı) mübarizə üçün əllərində vasitə kimi, alət kimi saxlayırlar. Bu mübarizəni isə 2020-ci ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkilərində Trampı məğlubiyyətə uğratmaqla bitirməyi düşünürlər. Hazırda ÜST-ün dünyada yaratdığı bütün bu koronavirus "tamaşa"sı da məhz bu məqsədə xidmət edir.
Ancaq Tramp da bütün bu oyunlardan vaxtında xəbər tuta bilib. Necə deyərlər, işin üstü açılıb. Odur ki, isti-isti qərar qəbul edib və ÜST-ə veriləcək yardımı dayandırıb.
Trampın bu qərarına verilən çılğın reaksiyalar da gözlənilən idi. İlk reaksiya da Birləşmiş Millətlər Təşkilatından gəldi. Çünki Ümumdünya Səhiyyə Təşkilatının əsas patronajlarından biri də BMT-dir. Yazılı açıqlama verən təşkilatın baş katibi Antonio Quterreş hazırda ÜST-ün və ya hər hansı digər humanitar yardım qurumlarının yardımlarını azaltma zamanı yox, həmrəylik zamanı olduğunu bildirib.
"Mikrosoft"un sahibi, milyarder Bill Geyts də öz növbəsində Trampın bu addımını düşünülməmiş addım kimi, əcaib qərar kimi dəyərləndirib və buna öz etirazını bildirib.
Ancaq Trampın geri çəkilmək fikiri yoxdur. O, dünya miqyasında oynanılan bu dəhşətli virus oyununun, pandemiya avantürasının səbəbkarlarını, ideya müəlliflərini sonuna qədər deşifrə etmək əzmindədir.
Tramp sözün yaxşı mənasında konservatordur, mühafizəkardır və dünyada ənənəvi yaşam tərzinin davam etdirilməsinin tərəfdarıdır. O, ailə dəyərlərinin qorunub saxlanmasının tərəfdarı kimi çıxış edir. Klassik nikahları dəstəkləyir. Kilsəni dəstəkləyir və s...
Qlobalistlər isə bütün bunlardan imtina etməyin tərəfdarı kimi çıxış edirlər. Tramp 2016-cı ildə hakimiyyətə gəlməklə bunların oyunlarını pozub. Ancaq qlobalistlər geri çəkilməyiblər. Bu dəfə isə onlar koronavirus pandemiyasının "çətir"i altında öz məqsədlərinə nail olmağa çalışırlar. Əgər 2020-ci ilin sonunda keçiriləcək seçkilərdə Trampı məğlub etməyi bacarsalar, bax, o zaman məqsədlərinə qismən də olsa çatmış sayılacaqlar.
Ancaq biz ümid edək ki, qlobalistlərin bu mənhus ssenarisi həyata keçməyəcək. Zatən şeytani qüvvələrin bütün oyunları sonda iflasa uğrayır.
İnanırıq ki, qlobalistlərin 2016-cı ildəki məğlubiyyətləri 2020-ci ildə də təkrarlanacaq.
P.S.
Başqa sözlə desək, hazırda Trampla qlobalistlərin savaşı Xeyirlə Şərin əbədi savaşının bir epizodudur.
Bəybala Mirzəyev