Nağıllar nağılı

Su yanında durmuşuq çinarla mən Suya əksimiz düşür çinarla mənim Suyun şövqü vurur bizə - çinarla mənə Su yanında durmuşuq çinarla mən, bir də pişik Suya əksimiz düşür çinarla mənim, bir də pişiyin Suyun şövqü vurur bizə - çinarla mənə, bir də pişiyə Su yanında durmuşuq çinar, mən, pişik, bir də Günəş Suya əksimiz düşür çinarın, mənim, pişiyin, bir də Günəşin Suyun şövqü vurur bizə - çinara, mənə, pişiyə, bir də Günəşə Su yanında durmuşuq çinar, mən, pişik, Günəş, bir də ömrümüz, Suya əksimiz düşür çinarın, mənim, pişiyin, Günəşin, bir də ömrümüzün Suyun şövqü vurur bizə - çinara, mənə, pişiyə, Günəşə, bir də ömrümüzə Su yanında durmuşuq Əvvəlcə pişik gedəcək, Yox olacaq suda əksi, Sonda mən gedəcəyəm, Yox olacaq suda əksim, Sonra çinar gedəcək, Yox olacaq suda əksi, Sonra su gedəcək, Günəş qalacaq, Sonra o da gedəcək. Su yanında durmuşuq çinar, mən, pişik, Günəş, bir də ömrümüz, Su sərin, Çinar ulu, mən şeir yazıram Pişik yuxulayır, Günəş isti Şükr olsun, yaşayırıq, Suyun şövqü vurur bizə - çinara, mənə, pişiyə, Günəşə, bir də ömrümüzə