Əfv haqqında prezidentin sərəncamı koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan yaşı 65-dən yuxarı məhkumların bir hissəsinə dövlətin qayğısını ifadə edən olan hümanist bir addımdır. Bu barədə istiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
O deyib ki, bir neçə gün bundan əvvəl məhkəmələr tərəfindən 200-dən çox məhkumun cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi, bu gün isə ölkə Prezidentinin daha 176 məhbusu əfv etməsi həm də koronavirus infeksiyasının məhkumlar arasına keçməsinin qarşısının alınmasına xidmət edən qabaqlayıcı tədbir də hesab oluna bilər: "Hesab edirəm ki, digər məhbusların da əfv olunmaq və ya cəzanın çəkilməmiş hissəsindən azad olunmaq kimi tədbirlərdən yararlanmaq imkanını təmin etmək baxımından dövlətin cəza siyasaətinin humanistləşməsinə yönəlik belə tədbirlərin davam etdirilməsi daha da məqsədəuyğun olardı".