Fransada koronavirusa yoluxanların sayı 70 478 nəfərə çatıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sant publique France” agentliyi məlumat yayıb. Məlumata görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 078 nəfər təşkil edib. Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. Son məlumata görə, dünyada koronavirusa yoluxma hallarının sayı 1 133 758, ölənlərin sayı 62 784 nəfər təşkil edir.
© 2020 - Created by İLK XEBER.