Bəhmən Sultanlı, professor “Gilənar” mahnısını ilk dəfə böyük Təbrizin canlı əfsanələrindən olan Aşıq Məhbub Xəlilidən eşitmişəm və eşitdikcə də eçitmək istəmişəm. Bilindiyi kimi, “gilənar” meyvə adıdır, nar giləsi deməkdir. Nar giləsi kimi çox zərifdir, rəngi nar giləsinin bənzərsiz rənginə çalır. Həcmcə də nar giləsindən çox fərqlənmir. Tumu nar giləsinin tumu kimidir. Dadı-tamı nar giləsinin dadını-tamını andırır. Gilənar incə zövqlü, zərif duyumlu adamların meyvəsidir. Onun ağacı Arazın o tayda (Azərbaycanın Güneyi) da bitir, bu tayında da (Azərbaycanın Quzeyi). Ona Azərbaycanın Quzeyində bir çoxları rus dilindən gələn, bizim dildə anlamı biliunməyən “vişnə” deyirlər. Gilənar mevəsinin adını “vişnə” ilə əvəzləmək elə zərif, rəngi də, dadı da bənzərsiz olan meyvəni təhqir etmək demək olardı. Ancaq, gerçəgi söyləsək, sevimli aşığımız Məhbub Xəlili zərifliyinə, bənzərsizliyinə görə öz sevgilisini gilənara bənzədir və ona “Gilənar” deyir. Aşıq Məhbub möcüzəli səsinə, sənətçi ustalığına, aşıqlıq məharətinə görə ustad aşıqlarımızdan sayılır. Deyərdim, Azərbaycanın bu tayında onu, onun sənətini, biçimi əski çağlardan qalma geyimini sevməyən, oturuşunu-duruşunu bəyənməyən adam çətin olar, tapılsın. İinanıram, o tayında da belədir. Buradakı kimi, orada da ona özəl sayqı bəsləyirlər. Aşıq Məhbubun qəlb oxşayan, məlahətli, şirin, şaqraq səsi, böyük istedadı, bənzərsiz sənəti vardır. Aşıq Məhbub və onun ansamblındakı sənətçilər layiqli aşıq geyimi seçiblər. Bu geyimdə onlar keçmiş aşıqlardan seçilmirlər: sənətləri geyimlərinə bənzəyir, geyimləri sənətlərinə. ona görə də təbii görünürlər, zövq oxşayırlar. Qüdrətli Aşıq Məhbub “Gilənar” mahnısındakı sözlərin düzgün, axıcı deyilişi, mahnını oxuduqca səs ahənginin, zəngulələrinin, oxuduğu sözlərin anlamı, bu anlama, həm də sifət cizgilərinin musiqi ahənginə uyğun dəyişmələri bir-birini müşaiyət edir və tamamlayır. Aşığın (müğənninin) ustalığının ən başlıca göstəricisi, deyərdim, bəlkə də onun bu keyfiyyətlərində axtarılmalıdır. “Gilənar” mahnısı güclü fəlsəfəsi olan möhtəşəm bir mahnıdır. Onun bütün məziyyətlərini, bütün incəliklərini kiçik bir yazıda vermək mümkünsüzdür. Mahnıda o taydakı böyük şəhərlərimizin (Təbriz, Ərdəbil…), həm də butaydakı elm, sənət, mədəniyyət məbədi olan məskənlərimizin (Bakı, Gəncə…) adı çəkilir. Aşıq (müğənni, xanəndə) “otaylısan” deyəndə, “Arazın o tayı (Azərbaycanın Güneyi), “butaylısan” deyəndə, Arazın bu tayı (Azərbaycanın Quzeyi) nəzərdə tutulur. Bununla yanaşı, indi bizdə olmayan Borçalı, Dərbənd, Göyçə, Turan… da möhtəşəm aşığın oxuduğu möhtəşəm “Gilənar” mahnısında yer alır. Demək, mahnıda o tayldakı ulu məbədlərimizdən, məskənlərimizdən Təbrizimizin, Ərdəbilimizin… bu taydakılardan Bakımızın, Gəncəmizin… (eləcə də, bizdə olmayan Borçalımızın, Göyçəmizin) adları tükənməz qürur hissilə, fəxrlə çəkilir. Ancaq, “Gilənar” mahnısını bu taykı Azərbaycanda oxuyanlar Təbrizi, Ərdəbili…; Borçalını, Göyçəni, Turanı… unudaraq Gəncənin, Qazaxın, Şirvanın, Astaranın… adlarını çəkirlər. Onlar unudurlar, Təbrizin, Ərdəbilin, Borçalının, Turunın adını çəkmək heç də tarixi gerçəkliyi nəzərə almamaq deyil və heç bir siyasi məqsəd güdmür. Elə, Aşıq Məhbubun oxumalarında da belədir. Aşıq Məhbub bunu gərəyincə anlayır. Bütün torpaqlar (o sıradan da bizim torpaqlar), bir-birinin davamıdır. Belə olduqda nə üçün orada yaşayan insanlar birbirini sevvəsinlər? Onda, “otaylısan”, “butaylısan” sözləri nəyə lazım olur? Elə olan halda bu sözlər artıq görünür. Təəssüf, möhtəşəm sənətçimiz, həm o taylıların, həm bu taylıların sevimlisi olan Gülyanaq xanım Məmmədova da “Gilənar” mahnısını oxuyur. Ancaq o, “Gilənar”ı yalnız bu taydakı böyük, tarixi şəhərlərimizin adına bağlayaraq oxuyur. Bu yanaşma yanlışdır və yersizdir. Çünki bu mahnı təkcə sözlərdən və musiqidən ibarət deyil. Bu taylıların oxumasında o cür möhtəşəm mahnının anlamı itir, quruca sözlər və musiqi qalır. Bu, yolverilməzdir. 20 fevral 2020
© 2020 - Created by İLK XEBER.