İşləmək üçün icazəsi olan şəxslər aptek, bank və ya ərzaq dükanına gedərkən icazə almaq üçün SMS göndərməyəcəklər.
Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bunu Real TV-nin efirində deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin aprelin 2-də verdiyi 124 saylı qərarın 1 saylı əlavəsi əsasında işləyənlərin açıq obyektlərə girmək üçün icazə almasına ehtiyac yoxdur: "Onlar bu gün normal şəkildə çalışırlar. Ona görə də SMS-lə icazə alıb hərəkəti gerçəkləşdirməyə ehtiyac yoxdur".
İ.Məmmədov əlavə edib ki, işləmək icazəsi olan şəxslər öz avtomobillərindən sərbəst şəkildə istifadə edə biləcəklər: "Belə şəxslərjn avtomobil üçün əlavə icazə almasına ehtiyac yoxdur. Amma bu halda o, sərnişin daşıya bilməz. Eyni zamanda, avtomobilində kimsə varsa, onun da icazəsi olmalıdır".