Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı başlayıb. Musavat.com xəbər verir ki, mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli iştirak edir. İbrahim Məmmədov bildirib ki, mətbuat konfransının keçirilməsində məqsəd ölkədə koronavirus təhlükəsinin qarşısının alınması məqsədi ilə görülən işlər barədə ictimaiyyəti tam məlumatlandırmaqdır. Brifinqdə martın 31-dən bu günə qədər xüsusi karantin rejimində tətbiq edilən yeni qaydalar və son vəziyyətlə bağlı məlumatlar verilib. İbrahim Məmədov bildirib ki, bu saata olan məlumaya görə daha 41 nəfər koronavirusa yoluxub. Onlardan 8 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağırdır.
© 2020 - Created by İLK XEBER.