Aprel döyüşləri bir daha təsdiqlədi ki, Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir!

Aprel döyüşləri bir daha əminliklə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan  azad etməyə qadirdir!       1-2-3-4 aprel tarixləri Azərbaycan Ordusunun əskər, zabitinin və xalqımızın qürurverci və şərəfli günləridir. 2016-cı il aprel ayınının birindən dördünə qədər, Ermənistan silahlı qüvvələri sərhədyanı kəndlərimizi, qoşunların təmas xəttindəki yaşayış məntəqələrimizi amansızcasına atəşə tutmuşdular. Azərbaycan Ordusunun cəsur və qəhraman oğulları düşmənin hücumunun qarşısını alıb, əks hücuma keçərək işğalçı ordunu geri oturtmaqla bərabər xeyli ərazilərimizi azad etmişdir.     Bunlar Tərtər rayonunun Selsulan, Qazaxlı kəndləri, Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Cəbrayıl rayonunu LələTəpə strateji yüksəkliyi və Cocuq Mərcanlı kəndidir.    2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısı qətiyyətlə alındı, Lələtəpə, Bayraqtəpə kimi olduqca əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 320 erməni silahlısı məhv edilmiş, 2 min hektarlarla ərazi düşməndən təmizlənərək işğaldan azad edildi. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi.      Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi.      Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar. Bu gün yalnız şəhid ailləri deyil, bütün xalqımız aprel şəhidləri ilə qürur duyur.”      Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi rəyin puç olduğunu da təsdiqlədi. Ordumuzun gücü həm də bu amillə bağlıdır. Aprel döyüşləri bir daha əminliklə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan  azad etməyə qadirdir və Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir!

    Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar.  Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar. 

  Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub və bundan  sonrada örnək olacaqdır. Bu günkü nəsili də, gələcək nəsili də şəhidlərin qəhramanlığlarından və vətənpərvərlik nümünələrindən nəsildən-nəsilə nümünə göstərməlidirlər.

    Bunun üçündə mən təklif edirəm ki, Şəhidlərimizin döyüşlərdə göstərdiyləri qəhramanlığlarından bəs edən vətənpərvərlik ruhunda çəkilən filmlər daha çox çəkilsin və bu filmləri ümum təsil müəssələrində göstərməklə yeniyetmə və gənclərin vətənpərvərlik ruhu artırılmalıdır.

  2016-cı ilin aprel şəhidləri daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

    Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

 2016-Cİ İLİN QƏHRAMAN APREL ŞƏHİDLƏRİ 1. Polkovnik Yusifov Vüqar Nurəddin oğlu. 2. Polkovnik - leytenant Mirzəyev Murad Telman oğlu 3.Polkovnik - leytnant Orucov Raquf İbrahim oğlu 4. Mayor İmanov Samid Gülağa oğlu 5.Mayor Məmmədov Rasim Əbdül oğlu 6.Mayor Əliyev Elnur Adil oğlu 7.Mayor Musazadə Təbriz Tariyel oğlu 8.Mayor Vəlizadə Urfan Uzeyir oğlu 9.Kapitan Quliyev İnqilab Çingiz oğlu 10.Kapitan Bayramov Vaqif Dilqəm oğlu 11.Kapitan Savalanov Nəciməddin Akif oğlu 12.Kapitan Orucov Mühit Qurban oğlu 13. Baş leytenant Novruzov Mirzə Sərvər oğlu 14.Baş leytenant Həsənov Ziya Niyaz oğlu 15. Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu 16. Baş leytenant - İsmayılov Əbubəkr Vüqar oğlu 17. Baş leytenant - Namazov Elvin Məmməd oğlu 18. Baş leytenant Dədəkişiyev Cavid Gülbala oğlu 19. Baş leytenant İsgəndərov Elnur İsgəndər oğlu 20.Baş leytenant Orucəliyev Qabil Əbdüləli oğlu 21.Leytenant Şirinov Sahil Həsrət oğlu 22.Gizir Hümbətov Orxan Kazım oğlu 23. Gizir Cəfərov Mirsalam Təfəkkür oğlu 24.Gizir Teymurov Pəncəli Nurməmməd oğlu 25. Gizir Abdullazadə Nurlan Rasim oğlu 26. Gizir İsgəndərov Nicat Bəhruz oğlu 27. Gizir Ağayev Rusif İbrahim oğlu 28.Gizir Tağıyev Rahim Qara oğlu 29. Kiçik gizir Səfərov Elimdar Səlomxan oğlu 30.Kiçik çavuş Həmidov Orxan İbrahim oğlu 31.Kiçik gizir Qurbanov Tural Gülşad oğlu 32. Kiçik gizir Hüseynov Bəxtiyar Rəfael oğlu 33. Kiçik gizir Abidov Babək Vəfadar oğlu 34. Kiçik gizir Cavadzadə Şahin Yaşar oğlu 35. Kiçik gizir Fərəczadə Toğrul Habil oğlu 36. Kiçik gizir Qasımov Teymur Sabir oğlu 37. Kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu 38. Kiçik gizir Qarayev Dilsuz Məmmədağa oğlu 39. Kiçik gizir Novruzov Ravil Elman oğlu 40. Kiçik gizir Bayramov Sərxan Oqtay oğlu 41. Kiçik gizir Müstəcəbov Orxan Ələsgər oğlu 42. Kiçik gizir Əhmədov Rüstəm Oruc oğlu 43.Çavuş Musayev Səbuhi Rəfail oğlu 44.MAXİ Hüseynov Ayaz Ələkbər oğlu 45. MAXİ Adilzadə Adil Kamran oğlu 46.MAXİ Mirzəyev Məhəbbət Ədalət oğlu 47. MAXİ Əsgərli Nurlan Bayram oğlu 48. MAXİ Qayıbov Elvin Sədrəddin oğlu 49. MAXİ Hüseynov Əlvan Qafar oğlu 50. MAXİ Qəhrəmanov Ruhin Əşrəf oğlu 51.MAXİ Dəmirli Hüseyn Zeynal oğlu 52. MAXİ Quliyev Səyyar Knyaz oğlu 53. MAXİ Məmmədov Murad Vaqif oğlu 54. MAXİ Əsgərov Təbriz Hamlet oğlu 55. Əsgər Mirzəyev Elvin Azadxan oğlu 56.Əsgər Nurayev Rəvan İsmayıl oğlu 57 Əsgər Kaçayev Samir Ziyatin oğlu 58. Əsgər Mehrəliyev Sərvan Natiq oğlu 59. Əsgər Əliyev Orxan Məhəmməd oğlu 60. Əsgər Süleymanov Vüqar Natiq oğlu 61. Əsgər Cəbrayılov Ömər Məzahir oğlu 62.Əsgər Qasımov Nurlan Cəmil oğlu 63. Əsgər Novruzov Fərahim Nadir oğlu 64. Əsgər Bağırov Sərxan Azır oğlu 65. Əsgər Mirzəyev Nurəddin Etimad oğlu 66.Əsgər Orucov Müşfiq Arif oğlu 67. Əsgər Qasımov Teymur Mikayıl oğlu 68. Əsgər Hacağayev Cabbarxan İlham oğlu 69. Əsgər Bağırov Emin İmran oğlu 70. Əsgər İslamov Əlizaman Fərrux oğlu 71. Əsgər Əzizzadə Xaliq Həsən oğlu 72. Əsgər Şirəliyev Kamran Faiq oğlu 73. Əsgər Məmmədov Ülvin Cəmaləddin oğlu 74. Əsgər Bağırzadə Firdovsi Əliş oğlu 75. Əsgər Xeyirbəyov Əmiraslan Xəlil oğlu 76. Əsgər Mirzəyev Mahir Sabir oğlu 77. Əsgər İbrahimov Mahmud Azər oğlu 78.Əsgər Dəmirli Altun Fərman oğlu 79. Əsgər Nəsirov Röyal İmran oğlu 80. Əsgər Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 81. Əsgər Dadaşov Tural Sabir oğlu 82. Əsgər Bayramov Şulan Bayram oğlu 83. Əsgər Quliyev Mahir Qədir oğlu 84. Əsgər Zəkərayev Nazim Nadir oğlu 85. Əsgər Səmədov Elşən Səməd oğlu 86. Əsgər Vahabzadə Mikayıl Yaqub oğlu 87. Əsgər Niftallı Rəşad Şakir oğlu 88. Əsgər Axundov Əbdülməcid Nadirşah oğlu 89. Əsgər Alıyev Vüsal İbrahim oğlu 90. Əsgər Baxşəliyev Rəşid Əliağa oğlu          Əfqanstan və Qarabağ müharibələrinin iştirakçısı, Azərbaycan Respublikası  “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun prezidenti,  Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzinin direktoru Sərraf Oruc   Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu