Yardımlı rayonunda yaşayan şair İqbal Nemət tannmış iş adamı, həmyerlimiz Mübariz Mənsimovun İstanbulda həbs edilməsi ilə bağlı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciətlə "Burax, Mübarizi Ərdoğan abi!" adlı bir şeir yazıb. Həmin şeiri "İlkxeber.org"-un oxucularına təqdim edirik:
Baxın təklənmişik tənhayıq, təkik
Burax, Mübarizi Ərdoğan abi!
Axı biz bir millət, iki dövlətik
Burax, Mübarizi Ərdoğan abi!
Mübariz bir yoldur, o yol bizimdir
Qandal vurduğunuz o qol bizimdir,
Sənə deyəcəyik, "sağ ol", bizimdir,
Burax, Mübarizi Ərdoğan abi!
Qılınc vur, bədəni yara götürməz,
Edər yaxşılıgı para götürməz,
O, bir pak oğuldur, qara götürməz
Burax, Mübarizi Ərdoğan abi.
Mənim mübarizlər yurdudur yurdum,
Vuruldum, yıxıldım, yenə də durdum
Hər gün Məmməd Əmin, Atatürk oldum
Burax, Mübarizi Ərdoğan abi!
Ədalət sənindir böylə, ya öylə
Sən böyük qardaşsan böyüklük eylə,
Susma, bəsdi daha gerçəyi söylə,
Burax, Mübarizi Ərdoğan abi.
Damarlar tıxanıb, qanı gözləyir
Hamı şad xəbəri, anı gözləyir,
Bütöv Azərbaycan onu gözləyir,
Burax, Mübarizi Ərdoğan abi!
Yardımli, 27.03 2020