Ürəyimi, ruhumu xilas edin! - QARABAĞDA səs Var!..

Bəsti İsmayılova Bildinizmi, dünən burda - mənim yanımdaca Mənim Səsim - naləm göyə bülənd olmuşdu!.. Dedim ki, biləsiniz!..Yooxx! Xanın səsi deyildi... havalanmırdı Xanın səsi... Arutunyanın səsi havalandı... Seçki qutularından bu ərtün çıxdı!.. Mənim də cızdağım çıxdı... Mənim torpağımdaca səs alırdı... Buraların guya prezidenti olurdu...

Bir gün Harun-ər Rəşidi göndərirlər ki, get cəhənnəmdən atəş al gətir... O da gedib... Cəhənnəmdən atəş verməyiblər. Deyiblər ki, burda hər kəs öz atəşində yanır, sənə veriləsi odumuz yox. Əliboş qayıdıb... Deyiblər, get cənnətdən istə! Cənnətdə də verməyiblər, deyiblər ki, atəşdə yanmayana atəş verə bilmərik!..

Sizin səsiniz gəlmədi... Çox dinşədim, dedim bəlkə, oralardan bir yaylım atəşi gələ, gəlmədi! Buralardan gəldi... Yer ayağımın altından qaçdı... Bu havalanmışlar bayram elədi... Yenə tapdandım, yenə ağlım çaşdı. Heç siz çaşıb eləmədiniz... Çaşsaydınız bir tətiyə əl aparardınız!.. Yalandan da olsa, dava -dava oynayaydınız... Bir gün Harun-ər Rəşidi göndərirlər ki, get cəhənnəmdən atəş al gətir... O da gedib... Cəhənnəmdən atəş verməyiblər. Deyiblər ki, burda hər kəs öz atəşində yanır, sənə veriləsi odumuz yox. Əliboş qayıdıb... Deyiblər, get cənnətdən istə! Cənnətdə də verməyiblər, deyiblər ki, atəşdə yanmayana atəş verə bilmərik!.. Bildiniz də, nə deyirəm... Adınızı OD ÖVLADI, OD YURDU qoymusunuz! Atəşdə - mənim atəşimdə yana bilməyənlərə - atəş -Qarabağ yoxdur!.. Özünü atəşimdə yandıranların ruhu qarşısında baş əyirəm!.. Amma uduzursunuz! Özü də böyük hesabla uduzursunuz: 12-4! Erməninin xeyrinə!.. Dərdimi dağlara... daşlara deyirəm... onlar əks - səda verir! Sizlərdən səs çıxmır!.. Məni didim-didim didiklədilər, Saçlarımdan tutub sürüklədilər, Götürüb yadlara, “buyur”,-dedilər. Bəylər, bu vatana -Qarabağa nasıl kıydınız! N.H. Hələ şükr edirəm, görə bilməsəm də dörd övladıma - Ağcabədi, Beyləqan, Bərdə, Tərtər! Ümidim onlaradır!.. Arada onların səsini eşidib bir az toxtayıram... Hələ bir ağdamlı balası var... Vahid Qazi!.. İndi çox uzaqlarda… Amma ruhumu tuta bilir... “Ruhlar şəhəri” kitabında Vısotskinin mahnısını mənim dilimdən yazmışdı... Spasite naşi duşi! Mı bredim ot i duşya. Spasite naşi duşi, Speşite k nam!.. Tələsin yanıma, ürəyimi, ruhumu xilas edin! Bəlkə, sizin də ruhunuz təzələnə... Gəl, gəl, ey yüzü ağım mənim! Gəl, gəl, ey şir biləklim mənim!!!